Ata və iki övladı dəm qazından zəhərləndi
Hadisə
12:03 / 08.03.2023
4368
Gəncə şəhərində bir ailənin 3 üzvü dəm qazından zəhərlənib.
Sfera.az "Report"a istinadən xəbər verir ki, Yeni Gəncə qəsəbəsində şəhər sakinləri - 1979-cu il təvəllüdlü Q.Quliyev və övladları, 2005-ci il təvəllüdlü N.Quliyeva, 2007-ci il təvəllüdlü A.Quliyev yaşadıqları evdə dəm qazından zəhərləniblər.
Zərərçəkənlər ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır.