Qaradağda ərzaq mağazası YANDI

Hadisə
17:05 / 05.03.2023
35504
Bakıda ərzaq mağazasında yanğın olub.
Fövqəladə Hallar Nazirliyindən Sfera.az-a verilən məlumata görə, paytaxtın Qaradağ rayonunda ümumi sahəsi 100 m² olan ərzaq mağazasında 1 ədəd soyuducu və 1 ədəd kondisioner yanıb. Yüksək temperaturdan mağazanın lambirdən ibarət tavanı 40 m sahədə əriyib.
Mağazanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.