Miss Ukraynanın gözəllik müsabiqəsində qalmaqal - FOTO

Miss Ukraynanın gözəllik müsabiqəsində qalmaqal - FOTO
"Miss Eco International" gözəllik müsabiqəsinin Ukraynalı təmsilçisi Anastasia Lahuta rus həmkarının yanında foto çəkdirməsi qalmaqala səbəb olub.
 
Sfera.az bildirir ki, Ukrayna təmsilçisi ilk 21-liyə düşə bilməyib, lakin sosial şəbəkələrdə şərhçilərin tənqidi başqa amillə əlaqələndirilib.
 
Sosial şəbəkələrdə qızların səhifələrində əvvəlcə paylaşım olub, lakin sonradan silinib.
 
Misirdə keçirilən “Miss Eco İnternational” adlı gözəllik müsabiqəsində bütün dünyadan 30 qız iştirak edib. Martın 3-də tədbirin növbəti mərhələsi keçib. Xarkovlu model ilk 21-liyə düşə bilməsə də, qalmaqala düşə bilib.
 
Model rus həmkarı Yevgeniya Parmenovanın yanında foto çəkdirib və misirli teleaparıcı Yasmine Saed bunu Facebook sosial şəbəkəsindəki səhifəsində yerləşdirib. Paylaşımda: 
 
“Miss Rusiya və Miss Ukrayna ilə müharibəni tanımayan dostluq” -yazılıb.
 
 Anastasiya Lakhuta paylaşımı repost edib.
 
 
 
 
Bu, şərhlərdə mənfi reaksiyalar doğurub, qız daha sonra üzr istəməli olub.
 
"Əziz ukraynalılar! Mən hamıdan üzr istəyirəm. Mənim Ukraynada öz qohumlarım var və onlara kömək edirəm. Əsgərlərimizə kömək edirəm. Amma bu, gözəllik yarışması idi. Bir nəfər isə bunu PR üçün etdi. İndi bununla məşğul olacam. Mən bu işin öhdəsindən gələcəm". Hər kəsə demək istəyirəm ki, mən Ukraynanı və qohumlarımı sevirəm! Müharibə şəraitində olan, həmçinin yardım göndərən insanlarla fəxr edirəm”-Anastasiya Laxuta İnstaqramda yazıb.
 
 
Misirli qadın da bir müddət sonra paylaşımını silib.
 
Xatırladaq ki, fevralın 3-də Rusiya KİV-i Rusiyadan olan “Miss Kainat” iştirakçısının ABŞ-da gizləndiyini və təhdidlər aldığını bildirmişdi. Anna Linnikova müsabiqədə Ukraynalı həmkarlarına orta barmaq göstərməsi ilə yadda qalmışdı. O, hətta təhlükəsizliyi üçün mühafizəçi işə götürməli olduğunu bildirib.
 
Aysel
Sfera.az
 

OXŞAR XƏBƏRLƏR

Ermənistanda parlament seçkilərinin vaxtı məlum olub

Ermənistanda parlament seçkilərinin vaxtı məlum olub.   Sfera.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu barədə qanunverici orqanın sədri Alen...

Cəlilabadda bir ailənin dörd üzvü avtoqəzada xəsarət alıb

Cəlilabadda avtoqəzada xəsarət alan şəxslərin kimliyi məlum olub.   Sfera.az "Report"a istinadən xəbər verir ki, bunlar Biləsuvar rayon sak...

Bakıda minik və yük avtomobilləri toqquşub, 3 nəfər ölüb – FOTO

Bakının Sabunçu rayonunda, Böyükşor gölü yaxınlığında baş verən avtoqəzada 3 nəfər ölüb.   Sfera.az xəbər verir ki, bu barədə “Report”un ...

Barmağına üzük taxılan müəllimə töhmət verildi - RƏSMİ

Sosial şəbəkələrdə Tovuz rayon Mərdan Musayev adına Əlimərdanlı kənd tam orta ümümtəhsil məktəbinin müəlliminə zinət əşyasının alınması ilə bağlı video yayılmas...

Maskdan geri ADDIM – Trampı pedofiliyada ittiham etdiyi paylaşımı SİLDİ

Milyarder İlon Mask “X” sosial şəbəkəsində ABŞ Prezidenti Donald Trampı pedofiliyada ittiham etdiyi paylaşımı silib.   Sfera.az Bizim.Med...

İlham Əliyev ilə Şahbaz Şərif arasında telefon danışığı olub

İyunun 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif arasında telefon danışığı olu...