Türkiyədə qar uçqunu - 2 ölü, 7 yaralı

Dünya
19:12 / 04.03.2023
66530
Türkiyənin Artvin vilayətinin Yusufeli rayonunda xizək sürən alpinistlərin üzərinə qar uçqunu düşüb.
Sfera.az “TRT Haber”ə istinadən xəbər verir ki, bədbəxt hadisə nəticəsində 2 nəfər ölüb, 7 nəfər isə yaralanıb.
Artvin valiliyinin yaydığı məlumata görə, hadisə yerli saatla 15.00 radələrində baş verib.