ÜST-dən COVİD-19-la bağlı ÇAĞIRIŞ: “Məlumatı olan varsa...”

ÜST-dən COVİD-19-la bağlı ÇAĞIRIŞ: “Məlumatı olan varsa...”

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) COVİD-19-un mənşəyi ilə bağlı yayılan məlumatlara reaksiya verib.

 

Sfera.az bildirir ki, qurumun baş direktoru Tedros Adhanom Qebreyesus virusun Çindəki laboratoriyadan sızdırılması ehtimalından danışıb. “Bir neçə gündür, koronavirusun mənşəyi ilə bağlı xəbərlər gündəm olub. Hər hansı bir ölkənin pandemiyanın mənşəyi haqqında məlumatı varsa, bunun ÜST və beynəlxalq elmi ictimaiyyətlə paylaşılması çox vacibdir. Günahı bölüşmək üçün deyil, bu, pandemiyanın necə başladığını başa düşmək, gələcək epidemiya və pandemiyaların qarşısını almaq, onlara hazırlaşmaq üçün əhəmiyyətlidir”, deyə Tedros söyləyib.

 

O həmçinin, ÜST-nın dəfələrlə Çini məlumat mübadiləsində şəffaf olmağa çağırdığını vurğulayıb: “Hətta bir neçə həftə əvvələ qədər bu məsələ ilə bağlı Çinin yüksək səviyyəli rəsmiləri ilə dəfələrlə görüşüb, yazışmışam. Hazırda proses siyasiləşdirildiyinə görə, virusun mənşəyini müəyyən etmək vəzifəsi daha da çətinləşib. Bu isə təhlükəsizlik baxımından yaxşı hal deyil”.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

7 iyun – Ümumdünya Qida Təhlükəsizliyi Günüdür

Bu gün dünyada Ümumdünya Qida Təhlükəsizliyi Günü qeyd olunur.    Sfera.az xəbər verir ki, 2018-ci ildə BMT-nin Baş Assambleyasının qərarı ilə t...

Ukrayna meyitlərin qəbulunu təxirə salıb: "Bu, gözlənilmədən baş verib"

İyunun 6-da Rusiya 6000-dən çox meyitin Ukraynaya təhvil verilməsi və yaralıların, ağır xəstələrin və əsirlərin dəyişdirilməsi kampaniyasını həyata keçirməyə ba...

Ermənistanda parlament seçkilərinin vaxtı məlum olub

Ermənistanda parlament seçkilərinin vaxtı məlum olub.   Sfera.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu barədə qanunverici orqanın sədri Alen...

Cəlilabadda bir ailənin dörd üzvü avtoqəzada xəsarət alıb

Cəlilabadda avtoqəzada xəsarət alan şəxslərin kimliyi məlum olub.   Sfera.az "Report"a istinadən xəbər verir ki, bunlar Biləsuvar rayon sak...

Bakıda minik və yük avtomobilləri toqquşub, 3 nəfər ölüb – FOTO

Bakının Sabunçu rayonunda, Böyükşor gölü yaxınlığında baş verən avtoqəzada 3 nəfər ölüb.   Sfera.az xəbər verir ki, bu barədə “Report”un ...

Barmağına üzük taxılan müəllimə töhmət verildi - RƏSMİ

Sosial şəbəkələrdə Tovuz rayon Mərdan Musayev adına Əlimərdanlı kənd tam orta ümümtəhsil məktəbinin müəlliminə zinət əşyasının alınması ilə bağlı video yayılmas...