Dua Lipa ilk dəfə yeni sevgilisi ilə ictimaiyyət qarşısına çıxdı - FOTO

Dua Lipa ilk dəfə yeni sevgilisi ilə ictimaiyyət qarşısına çıxdı - FOTO

Alban əsilli britaniyalı müğənni Dua Lipa yeni sevgilisi ilə ilk dəfə ictimaiyyət qarşısına çıxıb.

 

Sfera.az bildirir ki, Dua Lipa və Romain Qavras arasındakı münasibət bu ilin fevralında məlum olub.

 

Alban əsilli ulduz və fransız rejissor Romain Qavras Fransanın paytaxtında keçirilən “Saint Laurent” şousunda görüntülənib. Cütlük arxa qapıdan çıxarkən paparassilərə tuş gəlib. Şəkillərdə müğənni gülümsəyərək yoldaşının əlindən tutur.

 

"Dua və Romain bir-birini tanıyır. Birlikdə vaxt keçirməyi sevirlər. Müğənni onun sənətini anlayan birini tapmağın nə qədər vacib olduğunu bilir. Hiss edir ki, o, hər şeyi başa düşür. Onlar ikisi də yaradıcı insanlardır"- deyə bir müddət əvvəl onlara yaxın mənbə deyib.

 

Qeyd edək ki, fransalı rejissor iki il əvvəl başqa müğənni Rita Ora ilə görüşüb.

 

Dua Lipa isə Ənvər Hədidlə uzun müddət görüşmüşdü. Ancaq 2021-ci ilin dekabrında ayrıldıqlarını elan etdilər. Ulduz cütlüyün ayrılma səbəbləri ilə bağlı məşhurlar özləri rəsmi açıqlama verməsələr də, jurnalistlər müğənni və modelin gərgin iş qrafikini əsas gətiriblər.

 

Bundan sonra Dua Lipa bir neçə dəfə müxtəlif insanlarla, xüsusən də bir vaxtlar sənətçiyə mahnı həsr edən repçi Cek Harlou ilə görüşüb. 

 

Fevral ayında isə Romain Qavras və Dua Lipa gizli görüşməyə başlayıblar.

 

Aysel

Sfera.az


OXŞAR XƏBƏRLƏR