Fədayə Laçının Hacı Şahinlə bağlı vəsiyyəti: "Demişdim ki..."

Fədayə Laçının Hacı Şahinlə bağlı vəsiyyəti:

Müğənni Fədayə Laçının doğmalarına açıqladığı vəsiyyəti gerçəkləşməyəcək.

 

Sfera.az xəbər verir ki, buna səbəb isə tanınmış ilahiyyatçı Hacı Şahin Həsənlinin bu gün vəfat etməsidir. Sənətçi bu barədə sosial şəbəkədə yazıb:

 

“Çox acı xəbər oldu. Allah rəhmət eləsin. Yaxınlarıma demişdim ki, mən öləndə Hacı Şahin gəlsin, o gözəl sözləriylə, şeirlə, qəzəllə məni dəfn edin. Bu arzum da gözümdə qaldı”.

 

Qeyd edək ki, ilahiyyatçı bu gün səhər saatlarında ürəktutmasından vəfat edib.


OXŞAR XƏBƏRLƏR