Əsl möcüzə - Türkiyədə 23 gün sonra Husky xilas edildi

Əsl möcüzə - Türkiyədə 23 gün sonra Husky xilas edildi

Fevralın 6-da güclü zəlzələlərlə sarsılan Türkiyədə xilasetmə işləri davam edir. Xilasedicilərin xarabalıqlar altında canlı insanları tapmaq ehtimalı getdikcə azalır, lakin 23 gün sonra əsl möcüzə baş verib. Aleks adlı Husky iti dağıntılar arasından sağ çıxarılıb.


Sfera.az bildirir ki, dağıntılar altında belə uzun müddət qalmasına baxmayaraq, it tamamilə sağlamdır.


Akçurunda yaşayan Murat Arıcı 2 mərtəbəli binanın sökülməsi nəticəsində dağıntılar altında qalan itinin səsini eşidib xilasetmə qruplarından kömək istəyib.
 

Heyvanın yeməksiz, susuz bu qədər uzun müddət necə yaşaya bildiyi hələ də hər kəs üçün sirr olaraq qalır. Müayinədən sonra məlum olub ki, itdə yorğunluq və qorxudan başqa ciddi xəsarət və sağlamlıq problemi yoxdur.
 

Qeyd edək ki, fevralın 6-da Türkiyədə baş verən zəlzələlər 50 min insanın ölümünə, 173 minə yaxın binanın dağılmasına səbəb olub. Fevralın 27-də isə Türkiyənin Malatya vilayətinin Əsilyurt şəhərində 5,6 bal gücündə daha bir zəlzələ baş verib.

 

Aysel

Sfera.az


OXŞAR XƏBƏRLƏR