Bakıda 2 məhkum həbsdə öldü

Cəmiyyət
17:09 / 02.03.2023
34653
Bakıda daha 2 məhkum həbsdə ölüb.
Sfera.az xəbər verir ki, hadisə Penitensiar Xidmətin Bakıdakı cəzaçəkmə müəssisələrindən birində qeydə alınıb. Orada saxlanılan Bəhruz Tofiq oğlu Rüstəmov və Elçin Rza oğlu Vəliyev dünyasını dəyişiblər.
Onların xəstəlikdən öldüyü bildirilir.
Faktlarla bağlı araşdırma aparılır.(Lent.az)