Müğənni 6 minlik qaz bildirişinə üsyan etdi: “Bezdim!” 

Müğənni 6 minlik qaz bildirişinə üsyan etdi: “Bezdim!” 

Türkiyəli müğənni Melek Mosso kommunal xərclərə görə üsyan edib.

 

Sfera.az bildirir ki, o, bu barədə sosial media hesabında fikirlərini bölüşüb. Evinə gələn 6 min 700 lirəlik qaz bildirişini paylaşan ifaçı bu fikirləri qeyd edib:

 

“Qəbul edə bilmirəm, həzm edə bilmirəm, bezdim. Qiymət artımı mənim qaz bildirişimdə belə əks olunub. Bunu görən elə bilər ki, bir sarayı qızdırıram. Bir vətəndaş kimi bu borcları ödəmək üçün yaşamaq istəmirəm. İndi “pulun var, ödəyərsən” deyən trollar olacaq. Dostlar, bu, hamımızın bildirişlərində görünən vəziyyətdir. Yaxşı, mən ödəyəcəm, bəs siz? Mən onun dərdini çəkirəm”.

 

Türkan


OXŞAR XƏBƏRLƏR