Müəllim dəm qazından zəhərlənərək öldü

Hadisə
20:22 / 27.02.2023
17096
Mingəçevirdə orta məktəb müəllimi dəm qazından zəhərlənərək ölüb.
Sfera.az xəbər verir ki, hadisə fərdi təsərrüfatlardan birində baş verib.
1980-cı il təvəllüdlü şəhər sakini, 12 saylı orta məktəbin riyaziyyat müəllimi İsayeva Günel Arif qızı yaşadığı evdə dəm qazından zəhərlənərək ölüb.
Faktla bağlı araşdırma başlanıb.Ehtiram Muradov