Sülhməramlıları daşıyan helikopter qəzaya uğradı - 3 nəfər öldü

Hadisə
22:54 / 26.02.2023
49973
Afrika İttifaqının Somalidəki sülhməramlı missiyasını daşıyan helikopter qəzaya uğrayıb.
Sfera.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Helikopterin Şabelle bölgəsində qəzaya uğraması nəticəsində 3 nəfər ölüb, 8 nəfər yaralanıb.
Somali ordusunun hərbçiləri də daxil olmaqla 11 sərnişini daşıyan helikopter yaralıların təxliyəsi üçün təlimlərdə iştirak edən zaman qəzaya uğrayıb.