Banklar dollar kreditləri ilə bağlı mövqeyini açıqladı

Banklar dollar kreditləri ilə bağlı mövqeyini açıqladı
Banklar dollar kreditləri ilə bağlı mövqeyini açıqladı" 

Azərbaycanda manatın 2-ci devalvasiyası banklardan dollarla kredit götürmüş vətəndaşların ödəniş problemlərini gündəmə gətirib. Xatırladaq ki, bu ilin ilk 10 ayının yekunlarına görə, Azərbaycan banklarının kredit portfeli 18 566 milyon manat təşkil edib ki, bunun da 7 285 milyon manatı xarici valyutada verilib.

Dolların təxminən 50% bahalaşması dollar krediti olan müştərilərin ödənişlərini manat ifadəsində 50% artırıb. Üstəlik, indi dolların məzənnəsi ilə bağlı konkret çərçivə də müəyyən edilməyib. Yəni, gələcəkdə kreditin manatla məbləği daha da arta bilər. Fins.az Azərbaycanın aparıcı banklarının dollar müştəriləri ilə necə davranacağı barədə planları ilə maraqlanıb.

“Bank of Baku”

“Bank of Baku”dan bildirilir ki, dollar müştərilərinə güzəşt yalnız qrafik əvə faiz dərəcələrinə yenidən baxılması kimi ola bilər. Bankdan fins.az-a bildirilib ki, həm kreditlərin müddətinin artırılması, həm də illik faiz dərəcələrinin azaldılması (restruktizasiya) ilə bağlı bankda planlar var. Bu barədə müştərilərə qısa zaman ərzində məlumat veriləcək.

“Dəmirbank”

“Dəmirbank”da isə bu məsələdə müştərilərə dəstək ola biləcəklərini istisna etmirlər. Bankda deyirlər ki, hazırda dollarla krediti olan müştərilərlə əlaqə saxlanılır və onların yeni məzənnə ilə krediti ödəməyə imkanının olub-olmaması soruşulur. Müştərilərin maddi vəziyyətindən asılı olaraq güzəştlər edilə bilər.

“Accessbank”

“Accessbank” isə bəyan edir ki, müştərilərə fərdi yanaşmaqla və onların müraciəti əsasında aylıq ödənişi borcalanların maliyyə imkanlarına uyğunlaşdırmaq üçün dollar kreditləri restrukturizasiya edilir. “Bura kredit müddətinin uzadılması, üzən qrafikin tətbiqi, güzəşt müddətinin verilməsi, faiz dərəcələrində güzəştlər və s. aiddir. Müvəqqəti çətinliklərə baxmayaraq, müştərilərimizlə illər ərzində qurduğumuz əməkdaşlığın hələ uzun müddət davam edəcəyinə əminik” – deyə bankdan bildirilib.

“Bank BTB”

“Bank BTB”də isə bildirirlər ki, dollar müştəriləri ilə necə davranacağı ilə bağlı müzakirə aparılır. Hələliksə, “Müştərilərimizə böyük dəyər veririk və hər birisi bizim üçün vacib və önəmlidir”-deyə bankdan bildirilib. Digər banklar da hələ ki, gözləmə mövqeyindədir.

OXŞAR XƏBƏRLƏR

Bəzilərini ilk dəfə eşidəcəksiniz: Bir-birindən maraqlı məlumatlar

İnformasiyanın sərhədsiz olduğu bir dünyada hər gün tamamilə fərqli şeylər öyrənirik. Sfera.az demək olar ki, ağlınıza gələn hər mövzuda bir az daha maariflə...

UEFA Millətlər Liqası: İlk finalçı bəlli oldu

UEFA Millətlər Liqasında yarımfinal mərhələsinə start verilib.   Sfera.az xəbər verir ki, "Dördlər finalı"nın ilk matçında Almaniya mi...

Alça yedikdən sonra bunu edin - XƏBƏRDARLIQ

Alça yay mövsümünün ən məşhur meyvələrindən biridir. Mütəxəssislər alça yedikdən sonra nə etməli olduğuna dair məsləhətlər veriblər.   Sfera.az xəbər...

Həcc ziyarəti üçün Səudiyyə Ərəbistanına 1,5 milyondan çox zəvvar gəlib

Səudiyyə Ərəbistanına digər ölkələrdən Həcc ziyarətinə gələn zəvvarların sayı 1,5 milyonu keçib.   Sfera.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbis...

Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə işıq olmayacaq

Qaraçuxur qəsəbəsində təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq.   Sfera.az xəbər verir ki, bu barədə "Az...

FHN zəlzələ ilə bağlı məlumat yaydı: Dağıntı qeydə alınıb?

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə d...