Yevlaxda ata və oğlu bıçaqlanıb, biri öldü - YENİLƏNDİ

Yevlaxda ata və oğlu bıçaqlanıb.
Publika.az xəbər verir ki, fevralın 13-ü Yevlax rayon sakini Amin Əsədovun ölməsinə dair rayon prokurorluğunda araşdırma aparılıb.
Araşdırma zamanı zərərçəkmiş şəxsin atası 1984-cü il təvəllüdlü Ramil Əsədovun da bıçaq xəsarətləri ilə xəstəxanaya daxil olması müəyyən edilib.
Faktla bağlı Yevlax rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 29, 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürməyə cəhd etmə) maddələri ilə cinayət işi başlanıb.
Hadisəni törədən şəxs(lər)in müəyyən olunması istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.
****
Fevralın 13-ü saat 20:30 radələrində Yevlax rayon sakini, 2003-cü il təvəllüdlü Amin Əsədovun çoxsaylı bıçaq xəsarətləri ilə gətirildiyi rayon mərkəzi xəstəxanasında ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Bu barədə Sfera.az-a Baş Prokurorluqdan məlumat verilib.
Hadisəni törədən şəxs(lər)in müəyyən olunması istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Faktla bağlı Yevlax rayon prokurorluğunda araşdırma aparılır.