Dövlət Sərhəd Xidmətinin hərbçisi vəfat etdi

Hadisə
16:31 / 12.02.2023
8033
Dövlət Sərhəd Xidmətinin (DSX) hərbçisi vəfat edib.
Sfera.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətindən (DSX) bildirilib.
Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Hüseynli Vüsal Vüqar oğlu xəstəlikdən dünyasını dəyişib.
Dövlət Sərhəd Xidmətinin rəhbərliyi hərbi qulluqçunun ailəsinə və yaxınlarına dərin hüznlə baş sağlığı verir.