Türkiyə Elon Maskın köməyindən imtina etdi - Səbəb nədir?

Türkiyə Elon Maskın köməyindən imtina etdi - Səbəb nədir?

Türkiyə zəlzələnin nəticələrini aradan qaldırmaq üçün Elon Maskın köməyindən imtina edib - Səbəb nədir?
 

Türkiyədə baş verən 7,7 bal gücündə silsilə zəlzələlərdən sonra Elon Mask öz Twitter hesabında yazdığı Starlink peyk internet terminalları şəklində ölkəyə kömək təklif edib. Lakin yüksək rütbəli türk rəsmisi adının açıqlanmaması şərti ilə Türkiyənin bu yardımı qəbul etməyəcəyini,, təklifə görə Maska ürəkdən təşəkkür etdiyini bildirib.
 

Sfera.az bildirir ki, rəsminin sözlərinə görə, ölkə hökumətinin buna ehtiyacı yoxdur.

 

Türkiyənin kifayət qədər peyk tutumu var. Baxmayaraq ki, zəlzələnin fəsadları nəticəsində bəzi bölgələr rabitəsiz qalıb, ölkədə akkumulyatorla işləyə bilən çoxlu baza stansiyaları var. Bu gün Türkiyədə bir çox ərazilər işıqsız qalıb, lakin səlahiyyətlilər vəziyyəti tez bir zamanda düzəltmək üçün əllərindən gələni edirlər.
 

Qeyd edək ki, Türkiyədə bu gün baş verən zəlzələlər 1939-cu ildən bəri ən böyük zəlzələ olub.
 

Türkiyədə baş verən zəlzələ nəticəsində Qədim Roma qalasının qalıqları olan Qaziantep də dağılıb. Qeyd edək ki, qala YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilmişdir. Zəlzələ nəticəsində Suriyanın Hələb qalasına da ziyan dəyib.
 

Türkiyədə belə ağır təbii fəlakət sonuncu dəfə 1939-cu ildə qeydə alınıb.

 

Aynil

Açıklama yok.


OXŞAR XƏBƏRLƏR

Ukrayna macar casusları aşkara çıxardı - İllərdir pusquda...

Ukrayna Təhlükəsizlik Xidməti (SBU) ölkə tarixində ilk dəfə olaraq Macarıstan hərbi kəşfiyyatçılarını ifşa edib.    Sfera.az bu barədə “RB...

"Sülh sazişi imzalamağa hazırıq" - Ermənistan XİN

Ermənistan sülh sazişini imzalamağa hazır olduğunu bəyan edib.    Sfera.az xəbər verir ki, bunu Ermənistan xarici işlər naziri Ararat Mirzoyan b...

Prezident və xanımı Şuşada...

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 9-da Şuşa rayonunun Daşaltı kənd məscidinin açılışında iştirak ediblər.   ...

Şuşada inşa ediləcək dördüncü yaşayış kompleksinin təməli qoyuldu

Mayın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada inşa ediləcək dördüncü yaşayış kompleksinin təməlqoyma mə...

“Teleqram”da YENİLİK - İstifadəçilər bunu eyni zamanda edə biləcəklər

“Telegram” ikinci böyük yeniləməsini təqdim edib.   Sfera.az xəbər verir ki, bu dəfə platforma həm texniki funksionallığı, həm də is...

Prezident və Mehriban Əliyeva Şuşa Müalicə-Sağlamlıq Mərkəzinin açılışını etdilər

Mayın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşa Müalicə-Sağlamlıq Mərkəzinin açılışında iştirak ediblər. ...