Şah İsmayıla “fars” yarlığı və Ərdoğanın “adam kimi yaz” cavabı – VİDEO

Şah İsmayıla “fars” yarlığı və Ərdoğanın “adam kimi yaz” cavabı –  VİDEO

Türkiyənin “Bengü türk” telekanalında yayımlanan “Ters açı” proqramının aparıcısı Murat İde Şah İsmayıl Xətaiyə fars deyən “Yeni Şafak” qəzetinin baş redaktoru İbrahim Karagülə sərt cavab verib.
 

Publika.az xəbər verir ki, İ. Karagül son günlər İran-Rusiya-Suriya ittifaqının Türkiyəyə qarşı hücumlarından bəhs edərək, İranı tənqid edir və belə yazır: “Sən Şah İsmayıl olarsan, ortaya bir Yavuz çıxar”.
 

Göründüyü kimi, İranı tənqid etməyə, onun siyasi oyunlarını ifşa etməyə hesablanmış bu yazıda həm də Azərbaycan tarixi təhrif olunur və bütün türk dünyasının “böyük türk” deyə bəhs etdiyi Şah İsmayıl “fars şahı” olaraq təqdim olunur. İ. Karagülün yanlışları ortadadır. Lakin bizi qabaqlayan Murat İde ona layiqincə cavab verir.

“1. İran və nifaqını tənqid etməyə sözüm yoxdur. Amma əsl türk olan Şah İsmayılı fars kimi təqdim etməkdən utanmadınmı?

2. Türkiyə İran-Rusiya-Suriya ittifaqı qarşısında çətinliyə düşərkən Azərbaycan nə dedi?!: “Mən qardaşıma təbii qaz verəcəm, həm də daha ucuz qiymətə”. Azərbaycanlı qardaşlarımızdan utanmadınmı?

3. 2009-cu ildə Bakıya getmişdin. Birlikdə getdiyin jurnalistlərdən dinlədim. “Əliniz soyuq sudan isti suya dəyməmiş”. O qonaqpərvərliyi göstərən türkdən də utanmadın?

4. İran kimi nifaq salmadığınız yer qalmadı, növbə türklərəmi çatdı? Çaldıran acısına rəğmən, bu gün “Şah da bizim, Sultan da” deyən bu milləti indi də nifaqlamı ayırırsınız?

5. İrana söz atdım deyərkən, İran ağzı ilə yazırsan. Prezident Ərdoğan Azərbaycandan qayıdarkən təyyarəsində sənə “adam kimi yaz” dedi. Yenə eyni sözləri desinmi?” – deyə M. İde hazırladığı videosüjetdə bildirib.
 

Daha sonra o, “İran zamanında Şah İsmayıldan qorxdu, bu gün onun 35 milyonluq övladından qorxur” deyə qeyd edir.

 

 


OXŞAR XƏBƏRLƏR

Bəzilərini ilk dəfə eşidəcəksiniz: Bir-birindən maraqlı məlumatlar

İnformasiyanın sərhədsiz olduğu bir dünyada hər gün tamamilə fərqli şeylər öyrənirik. Sfera.az demək olar ki, ağlınıza gələn hər mövzuda bir az daha maariflə...

UEFA Millətlər Liqası: İlk finalçı bəlli oldu

UEFA Millətlər Liqasında yarımfinal mərhələsinə start verilib.   Sfera.az xəbər verir ki, "Dördlər finalı"nın ilk matçında Almaniya mi...

Alça yedikdən sonra bunu edin - XƏBƏRDARLIQ

Alça yay mövsümünün ən məşhur meyvələrindən biridir. Mütəxəssislər alça yedikdən sonra nə etməli olduğuna dair məsləhətlər veriblər.   Sfera.az xəbər...

Həcc ziyarəti üçün Səudiyyə Ərəbistanına 1,5 milyondan çox zəvvar gəlib

Səudiyyə Ərəbistanına digər ölkələrdən Həcc ziyarətinə gələn zəvvarların sayı 1,5 milyonu keçib.   Sfera.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbis...

Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə işıq olmayacaq

Qaraçuxur qəsəbəsində təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq.   Sfera.az xəbər verir ki, bu barədə "Az...

FHN zəlzələ ilə bağlı məlumat yaydı: Dağıntı qeydə alınıb?

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə d...