Beynəlxalq Bankdan bomba - Açıqlaması
17:38 / 29.12.2015
1054
Azərbaycan Beynəlxalq Bankının (ABB) Quba filialına bomba qoyulması barədə məlumat yalandır.
Sfera.az xəbər verir ki, ABB-dən Trend-ə verilən məlumata görə, filial artıq normal iş rejiminə qayıdıb: "Bu gün naməlum şəxs banka zəng edərək ABB-nin Quba filialına bomba qoyulması barədə məlumat verib. Bankın təhlükəsizlik xidməti hüquq-mühafizə orqanlarını məlumatlandırıb. Görülmüş işlər nəticəsində bomba barədə məlumat təsdiqini tapmayıb".
ABB-dən bildiriblər ki, hazırda zəngin haradan daxil olduğu araşdırılır.