Krediti ödəməsək, nələr olar? - VİDEO

Krediti ödəməsək, nələr olar? -  VİDEO

Gözləmək borcalanın vəziyyətini daha da ağırlaşdırır

Dollarla kredit götürmüş şəxslər devalvasiyadan sonra banklara ödəniş etmirlər. Borcların silinəcəyi və ya köhnə məzənnə ilə ödəniləcəyi ilə bağlı yayılan şayiələr səbəbilə çoxları gözləmə mövqeyi tutub. Nəhayət bununla bağlı Mərkəzi Bank məlumat yayıb.

Kreditlər köhnə məzənnə ilə ödəniləcək, borclar silinəcək və s... Manatın ucuzlaşmasından sonra bu qəbildən olan xəbərlər krediti olan vətəndaşlarda çaşqınlıq yaradıb. Kimi ödəniş məbləği artdığına görə banka borcunu qaytara bilmir, kimi də imkanı olsa belə, ona güzəşt olunacağını gözləyib öhdəliyini yerinə yetirmir. Nəticədə dekabr ayının ödənişləri gecikir.

Bununla bağlı Mərkəzi Bank məlumat yayıb. Məlumatda bildirilir ki, Naxçıvan Muxtar Respublikasında "Naxçıvanbank"a dollarla borcu olan şəxslərin kreditlərinin köhnə, məzənnə ilə ödənilməsi qərarının eynisini ölkə miqyasında tətbiq etmək olmaz. Çünki, "Naxçıvanbank"ın portfelində devalivasiya nəticəsində yaranan fərq cəmi 420 min manatdır. Ancaq ölkə miqyasında əhaliyə xarici valyutada verilmiş kreditlərin həcmi 2 mlrd. dollar təşkil edir. Buna görə də, eyni addımın bankların vəsaitləri hesabına ölkə miqyasında atılması üzrə populist çağırışlar bankların maliyyə vəziyyətini pisləşdirə və ilk növbədə əhalinin əmanətləri üçün təhlükə yaradar.

Mərkəzi Bankın tövsiyəsinə əsasən, hər bank öz imkanlarına uyğun müştərilərinə güzəşt edəcək. Yəni hamı üçün ortaq qərarın veriləcəyi gözlənilmir. Bankların təklif etdiyi güzəştlərlə razılaşmayıb ödənişdən yayınanlarla bağlı isə hüquqi tədbirlər görüləcək.

xezerxeber.com

OXŞAR XƏBƏRLƏR

Bəzilərini ilk dəfə eşidəcəksiniz: Bir-birindən maraqlı məlumatlar

İnformasiyanın sərhədsiz olduğu bir dünyada hər gün tamamilə fərqli şeylər öyrənirik. Sfera.az demək olar ki, ağlınıza gələn hər mövzuda bir az daha maariflə...

UEFA Millətlər Liqası: İlk finalçı bəlli oldu

UEFA Millətlər Liqasında yarımfinal mərhələsinə start verilib.   Sfera.az xəbər verir ki, "Dördlər finalı"nın ilk matçında Almaniya mi...

Alça yedikdən sonra bunu edin - XƏBƏRDARLIQ

Alça yay mövsümünün ən məşhur meyvələrindən biridir. Mütəxəssislər alça yedikdən sonra nə etməli olduğuna dair məsləhətlər veriblər.   Sfera.az xəbər...

Həcc ziyarəti üçün Səudiyyə Ərəbistanına 1,5 milyondan çox zəvvar gəlib

Səudiyyə Ərəbistanına digər ölkələrdən Həcc ziyarətinə gələn zəvvarların sayı 1,5 milyonu keçib.   Sfera.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbis...

Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə işıq olmayacaq

Qaraçuxur qəsəbəsində təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq.   Sfera.az xəbər verir ki, bu barədə "Az...

FHN zəlzələ ilə bağlı məlumat yaydı: Dağıntı qeydə alınıb?

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə d...