Nazir rəisi işdən çıxardı - YENİ TƏYİNAT

Cəmiyyət
13:37 / 20.01.2023
15563
Gəncə 2 saylı İstintaq Təcridxanasının rəisi vəzifədən azad edilib.
Sfera.az-ın Qafqazinfo-ya istinadən məlumatına görə, bu barədə ədliyyə naziri Fikrət Məmmədov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, 2 saylı Gəncə şəhər İstintaq Təcridxanasının rəisi, polkovnik-leytenant Asif Quliyev sərəncama götürülüb.
Onun yerinə isə Qasım Əliyev təyin olunub.
Məlumat üçün bildirək ki, A.Quliyev 2019-cu ilin sentyabrından Gəncə 2 saylı İstintaq Təcridxanasının rəisi vəzifəsində işləyirdi.