"Sonradan bildim ki, biz ögey qardaş imişik" - Allahşükür Paşazadə

Cəmiyyət
11:58 / 20.01.2023
13890
"Biz İranı qardaş bilirdik və qardaşımızın belə addım atmasını istəmirdik".
Sfera.az Report-a istinadla xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Allahşükür Paşazadə deyib.
A.Paşazadə Tehranın İrəvanla qardaşlaşmasını səhv addım hesab edir:
"Biz onları qardaş tanıyırdıq. Amma sonradan gördük ki, bu qardaşın başqa qardaşı da varmış. Biz ögey qardaş imişik. Hesab edirəm ki, onlar öz səhvlərini başa düşəcək. Onlar tarixdə və islam tarixində böyük səhv edirlər ki, bu da bağışlanmazdır. Ümid edirəm ki, səhvlərini başa düşüb geri qayıdacaqlar".