Azərbaycanda məşhur general-leytenant pensiyaya göndərildi: Özündən AÇIQLAMA - FOTO

Cəmiyyət
11:44 / 20.01.2023
12364
FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin sərəncama götürülən rəisi, general-leytenant Şahmar Paşayev pensiyaya göndərilib.
Sfera.az xəbər verir ki, bu barədə Manset.az-a açıqlamasında generalın özü məlumat verib.
"Mən hazırda pensiyadayam. Fövqəladə Hallar Nazirliyindən uzaqlaşmışam. 7 ildir işləyirdim, indi istirahət edirəm. İstirahət edəcəm, sonra baxım görüm nə edirəm."
Qeyd edək ki, Şahmar Paşayev ölkədə nüfuzlu generallardandır. O uzun illər polis orqanlarında çalışıb. Bakı Şəhər Baş Polis Idarəsinin rəis müavini, Şamaxı, Yasamal, Şirvan və Salyan rayonlarının polis rəisi vəzifələrində işləyib.