“Gülə-gülə xəstəxanaya getdi, 1 saat sonra ölüm xəbərini verdilər” - FOTO

“Gülə-gülə xəstəxanaya getdi, 1 saat sonra ölüm xəbərini verdilər” - FOTO

İsmayıllı rayon sakini, 32 yaşlı Murad Oqtay oğlu Süleymanlı Qəbələ Diaqnostika Mərkəzində cərrahi əməliyyat zamanı vəfat edib.

 

Sfera.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə yanvarın 14-də baş verib. İlkin məlumata görə, öd kisəsi əməliyyatı üçün Qəbələyə gedən M.Süleymanlı narkoz veriləndən bir neçə dəqiqə sonra dünyasını dəyişib. 

 

Mərhumun qardaşı Orxan Süleymanlı açıqlamasında hadisənin həkim səhlənkarlığı ucbatından baş verdiyini iddia edib: “Qardaşımın səhhətində ciddi problem yox idi. Öd kisəsində sancılar olduğunu bildirirdi və imkan olanda gedib əməliyyatla öd kisəsini götürmək qərarına gəlmişdi. Hadisədən 1 gün əvvəl Qəbələyə gedib, həkim-cərrah Elşad Salehov onu müayinələrə göndərib. Nəticədə bildirib ki, əməliyyata tam hazırdır, ürəyində və digər orqanlarında problem yoxdur. Yanvarın 14-də qardaşım özü maşını sürərək, gülə-gülə Qəbələyə əməliyyata gedib. Atamla anam da onunla birgə gediblər. Vahid adlı anestiozoloq narkoz verdikdən bir qədər sonra gəlib deyib ki, oğlunuz vəfat etdi, xilas edə bilmədik”.

 

O.Süleymanlı əlavə edib ki, hadisə barədə aidiyyəti qurumlara müraciət ediblər. Həmçinin ölüm faktının səbəbinin müəyyən edilməsi məqsədilə məhkəmə-tibbi ekspertizası təyin olunub və meyitin yarılmasını istəyiblər. O, aidiyyəti qurumlardan hadisəni nəzarətə götürmələrini və səbəkarların məsuliyyətə cəlb edilməsini xahiş edib.

 

 

Şikayətlə bağlı TƏBİB-ə sorğu ünvanladıq. Qurumdan cavab olaraq bildirilib ki, 1990-cı il təvəllüdlü Süleymanlı Murad Oktay oğlu Qəbələ Rayon Mərkəzi Xəstəxanasına ilk dəfə 13.01.2023-cü il tarixində Cərrahiyyə şöbəsinə müraciət edib: “14.01.2023-cü il tarixinə əməliyyat (öd və soltərəfli qasıq yırtığı) qərara alınıb. Qeyd edilən cərrahi əməliyyata hazırlıq zamanı xəstədə “mümkünsüz intubasiya” və “mümkünsüz ventilyasiya” sindromu müşahidə edilib. Təkrari intubasiya cəhdləri mümkünsüz olub. İkincili bronxospazm inkişaf etdiyindən perkutan traxeostomiya effektsiz olub və xəstədə aparılan resustasiya tədbirlərinə baxmayaraq, bioloji ölüm baş verib. Hazırda müvafiq orqanlar tərəfindən faktla bağlı araşdırma aparılır”.

 

Baş Prokurorluğun Mətbuat xidmətinə ünvanlanan sorğuya cavab olaraq isə bildirilib ki, qeyd olunan faktla bağlı Qəbələ Rayon Prokurorluğunda araşdırma aparılır.

 

Qeyd edək ki, ailəli olan Murad Süleymanlının 2 uşağı var. O, biznes fəaliyyəti ilə məşğul olurmuş.


OXŞAR XƏBƏRLƏR

Sabah bu ərazilərdə qaz olmayacaq

Qaradağ rayonu, Sahil qəsəbəsini təbii qazla təmin edən qaz xəttinin təmiri, “Qaz İxrac” İdarəsinə məxsus “Qaradağ-Sumqayıt” yüksək təzy...

Millət vəkili Arzu Nağıyev Azərbaycanın yeni dövr prioritetlərindən danışdı -MÜSAHİBƏ

Postmüharibə dövrü Azərbaycanın təhlükəsizlik siyasətində yeni bir dönüş nöqtəsidir. İkinci Qarabağ müharibəsinin nəticələri, həm ölkə daxilində, həm də be...

Mehriban Əliyeva No Fon Li ilə görüşdü - FOTO

Mayın 7-də Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyevanın Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş...

İlham Əliyev və To Lam birgə bəyanatla çıxış etdilər

İlham Əliyev və Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lam mətbuata bəyanatlarla çıxış ediblər.   Sf...

“Milli Konstitusiyadan tam Suverenlik zirvəsinə: Heydər Əliyev ideyaları ilə yeni qələbələrə doğru” - FOTO

Mayın 7-də Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatı və Yasamal rayon təşkilatının birgə təşkilatçılığı ilə “Milli Konstitusiyadan tam Suverenlik...

Bayramov Bağdadda Məşhədani ilə görüşdü

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Bağdadda İraq Nümayəndələr Şurasının sədri Mahmud əl-Məşhədani ilə görüşüb.   Sfera.az xəbər verir ki,...