"MƏNİ ÖLÜMÜN PƏNCƏSİNDƏN ALIN!" - 22 yaşlı gəncin ürəkparçalayan müraciəti + FOTOLAR

22 yaşlı gənc - Şamaxı rayon, Dağ Bağırlı kənd sakini Əbdürrəhmanov Cabbar Faiq oğlu "AzPolitika.info"ya ürəkparçalayan müraciət göndərib.

 

Ömrünün cəmi iki on ilini yaşamış Cabbar nə iş istəmir, nə maddi təminat. Bu həyat dolu gəncimiz yaşamaq, var olmaq istəyir. Bilir ki, daşıdığı anadangəlmə ürək qüsuru insan ömrünü gözləmədiyi anda qıra, arzuları, ümidləri bir anda məhv ola bilər...

 

Cabbar onu da bilir ki, bu xəstəliyin müalicəsi var, imkanı olan insanlar müalicə olunub sağalır, həyata davam edir. O da şanslı gənclərdən biri olmaq istəyir, fəqət, nə ailəsinin, nə də yaxınlarının tələb olunan vəsaiti toplamağa imkanı yoxdur. Çünki Belarusda, Almaniyada klinikaların istədiyi 200 min manat onlar üçün əlçatmaz, fantastik rəqəmdir.

 

Amma Cabbar ümidsiz deyil, Azərbaycan xalqına, onun mərhəmətli, yardımsevər insanlarına, imkanlı şəxslərinə güvənir, onların dəstəyinə ümid bəsləyir: "Sizə yalvarıram, Allah xətrinə, mənə kömək edin, yaşamaq istəyirəm. Kimin hansı məbləğə imkanı çatır, bu karta göndərsin, telefon nömrəsi ilə əlaqə saxlasın. Bilirəm ki, indi fırıldaqçılar, dələduzlar çoxdur, insanlarımızı aldadırlar, şübhə yaradırlar. Nəticədə mənim kimi həqiqi köməyə ehtiyacı olanlar ağrı-acılar içində məhv olub həyatdan gedirlər. Bütün suallarına cavab verərəm, xəstəliyimlə bağlı sənədləri göndərərəm. Yetər ki, məni ölümün pəncəsindən almağa dəstək əli uzadın!..." (Telefon: 050 791 15 23)

 

P.S: "AzPolitika.info"nun əməkdaşı Cabbar Əbdürrəhmanovun həqiqətən anadangəlmə ürək qüsuru olduğu barədə sənədlərlə tanış olub və redaksiya xeyirxah insanlardan ona dəstək olmağı xahiş edir.

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR

İlham Əliyev Moskva paradında iştirak etməyəcək

Azərbaycan Prezidenti İlham Əliyev 9 May paradında iştirak üçün Moskvaya səfər etməyəcək.   Sfera.az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin k...

Sabah bu ərazilərdə qaz olmayacaq

Qaradağ rayonu, Sahil qəsəbəsini təbii qazla təmin edən qaz xəttinin təmiri, “Qaz İxrac” İdarəsinə məxsus “Qaradağ-Sumqayıt” yüksək təzy...

Millət vəkili Arzu Nağıyev Azərbaycanın yeni dövr prioritetlərindən danışdı -MÜSAHİBƏ

Postmüharibə dövrü Azərbaycanın təhlükəsizlik siyasətində yeni bir dönüş nöqtəsidir. İkinci Qarabağ müharibəsinin nəticələri, həm ölkə daxilində, həm də be...

Mehriban Əliyeva No Fon Li ilə görüşdü - FOTO

Mayın 7-də Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyevanın Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş...

İlham Əliyev və To Lam birgə bəyanatla çıxış etdilər

İlham Əliyev və Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lam mətbuata bəyanatlarla çıxış ediblər.   Sf...

“Milli Konstitusiyadan tam Suverenlik zirvəsinə: Heydər Əliyev ideyaları ilə yeni qələbələrə doğru” - FOTO

Mayın 7-də Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatı və Yasamal rayon təşkilatının birgə təşkilatçılığı ilə “Milli Konstitusiyadan tam Suverenlik...