Neftin qiyməti üzüaşağı gedir...

Neftin qiyməti üzüaşağı gedir...

Dünya birjalarında müxtəlif sahələrdə ucuzlaşma davam edir.

Sfera.az anspress-ə istinadən xəbər verir ki, hazırda bazarlarda “Brent” markalı neftin qiyməti son göstəricilərə nisbətən -0.11% ucuzlaşaraq 36.59 dollara düşüb.

“Texas” neftinin “Brent” qarşısındakı üstünlüyü davam etsə də bu markada da ucuzlaşma olub. Belə ki, birjalarda “Texas” (WTI) markalı neftin bir bareli -0.16% ucuzlaşaraq 36.76 dollar olub.
“AzəriLayt” markalı neftin bir barelinin qiyməti isə dəyişməz qalaraq, 38,05 dollar təşkil edib.

Əmtəə birjalarında da qiymətlərdə müxtəlif istiqamətlərdə dəyişikliklər müşahidə olunur. Qızılın qiyməti cüzi ucuzlaşma ilə 1 qramı 34,33 dollar olub. Gümüşün qiyməti də dünənə nisbətən ucuzlaşaraq 1 qram üçün 0.44 dollar müəyyənləşib.

Milli valyutamız olan manatın məzənnəsi euro və dollar qarşısında öz dəyərini itirməyə davam edir. Mərkəzi bankın üzən məzənnəyə keçid haqqında verdiyi qərardan sonra dollarda 50 faizə yaxın bahalaşma qeydə alınıb. Azərbaycan Mərkəzi Bankının dünənə olan rəsmi məzənnəsi isə belədir: 1 Dollar - 1.5561 AZN, 1 euro 1.7079 AZN, 1 rubl 0.0221 AZN.


OXŞAR XƏBƏRLƏR

Bəzilərini ilk dəfə eşidəcəksiniz: Bir-birindən maraqlı məlumatlar

İnformasiyanın sərhədsiz olduğu bir dünyada hər gün tamamilə fərqli şeylər öyrənirik. Sfera.az demək olar ki, ağlınıza gələn hər mövzuda bir az daha maariflə...

UEFA Millətlər Liqası: İlk finalçı bəlli oldu

UEFA Millətlər Liqasında yarımfinal mərhələsinə start verilib.   Sfera.az xəbər verir ki, "Dördlər finalı"nın ilk matçında Almaniya mi...

Alça yedikdən sonra bunu edin - XƏBƏRDARLIQ

Alça yay mövsümünün ən məşhur meyvələrindən biridir. Mütəxəssislər alça yedikdən sonra nə etməli olduğuna dair məsləhətlər veriblər.   Sfera.az xəbər...

Həcc ziyarəti üçün Səudiyyə Ərəbistanına 1,5 milyondan çox zəvvar gəlib

Səudiyyə Ərəbistanına digər ölkələrdən Həcc ziyarətinə gələn zəvvarların sayı 1,5 milyonu keçib.   Sfera.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbis...

Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə işıq olmayacaq

Qaraçuxur qəsəbəsində təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq.   Sfera.az xəbər verir ki, bu barədə "Az...

FHN zəlzələ ilə bağlı məlumat yaydı: Dağıntı qeydə alınıb?

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə d...