Apteklər Tarif Şurasının qərarına əməl etmir

Apteklər Tarif Şurasının qərarına əməl etmir

Tarif (qiymət) Şurası dekabrın 25-də keçirdiyi iclasda qiymətləri tənzimlənmiş dərman vasitələrinin 40%-nin qiymətinin məzənnə dəyişikliyi ilə əlaqədar orta hesabla 30% artırılması ilə bağlı qərar qəbul edilib. Lakin müşahidələr onu deməyə əsas verir ki, şəhərdə fəaliyyət göstərən apteklərin əksəriyyəti bu qərara əməl etmir.

Sfera.az xəbər verir ki, "Report"un apardığı monitorinqin nəticəsində məlum olub ki, apteklərdə bir çox dərman vasitələrinin qiymətində kəskin şəkildə artım müşahidə olunur. Qiymətlərdə 30 faiz deyil, əksinə, təxminən 50 faiz və ondan da çox artım qeydə alınıb.

Əhalinin ağrıkəsici kimi tanıdığı "Spazmalqon" preparatı əksər apteklərdə satışa çıxarılmayıb. Satıcılar bunu həmin dərman vasitəsinin yeni qiymət tənzimlənməsi səbəbindən depodan göndərilmədiyi ilə əsaslandırıblar. Digər apteklərdə isə əvvəllər 1 manat 20 qəpiyə olan həmin dərmanın hazırda 1,70 və ya 1,80 manata satıdlğı məlum olub.

Müşahidə zamanı aptekdən "Fitaton" saç boyasının qiymətinin artdığının da şahidi olduq. Belə ki, alıcı əvvəllər 3 manat 20 qəpiyə aldığı boyaya bu gün 5 manat 40 qəpik verdiyini dedi.
Bundan başqa, aptekə daxil olan bir həkim əvvəl istifadə etdiyi 20 manatlıq dərman preparatının 50 manata qalxdığını biləndə preparatı almaqdan vaz keçdi.

Aptek əməkdaşlarından qiymət artımının neçə faiz təşkil etdiyini soruşduqda bu rəqəmin 50 faiz olduğunu bildirdilər.

Digər problem isə əksər dərmanların hələ də satışda olmamasıdır. Səbəbi isə onların qiymətlərinin hələ də yeni məzənnə ilə tənzimlənməməsidir.

Xatırladaq ki, səhiyyə nazirinin müavini Elsevər Ağayev bir neçə gün əvvəl jurnalistlərə verdiyi açıqlamasında dərmanların qiymətlərində artımın qaçılmaz olacağını demişdi.


OXŞAR XƏBƏRLƏR

Bəzilərini ilk dəfə eşidəcəksiniz: Bir-birindən maraqlı məlumatlar

İnformasiyanın sərhədsiz olduğu bir dünyada hər gün tamamilə fərqli şeylər öyrənirik. Sfera.az demək olar ki, ağlınıza gələn hər mövzuda bir az daha maariflə...

UEFA Millətlər Liqası: İlk finalçı bəlli oldu

UEFA Millətlər Liqasında yarımfinal mərhələsinə start verilib.   Sfera.az xəbər verir ki, "Dördlər finalı"nın ilk matçında Almaniya mi...

Alça yedikdən sonra bunu edin - XƏBƏRDARLIQ

Alça yay mövsümünün ən məşhur meyvələrindən biridir. Mütəxəssislər alça yedikdən sonra nə etməli olduğuna dair məsləhətlər veriblər.   Sfera.az xəbər...

Həcc ziyarəti üçün Səudiyyə Ərəbistanına 1,5 milyondan çox zəvvar gəlib

Səudiyyə Ərəbistanına digər ölkələrdən Həcc ziyarətinə gələn zəvvarların sayı 1,5 milyonu keçib.   Sfera.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbis...

Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə işıq olmayacaq

Qaraçuxur qəsəbəsində təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq.   Sfera.az xəbər verir ki, bu barədə "Az...

FHN zəlzələ ilə bağlı məlumat yaydı: Dağıntı qeydə alınıb?

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə d...