SOCAR-ın dəniz obyektlərində təhlükəsizlik tədbirləri gücləndirildi

Cəmiyyət
21:23 / 06.01.2023
28616
Sabah axşam saatlarından yanvarın 12-si səhər saatlarına qədər hava şəraitinin kəskin dəyişəcəyi ilə əlaqədar Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) dəniz obyektlərində təhlükəsizlik tədbirləri gücləndirilib.
Sfera.az xəbər verir ki, bu, "report"un sorğusuna cavab olaraq SOCAR-dan bildirilib.
Məlumata görə, istehsalat sahələrində mövcud hava şəraitində təhlükə yarada biləcək işlər mümkün qədər məhdudlaşdırılıb.