Əfvə düşməyən jurnalistin ailəsindən açıqlama

Əfvə düşməyən jurnalistin ailəsindən açıqlama

“Son ana qədər Pərvizin adının əfv siyahısında olacağına inanırdıq. Çünki, elə hamı deyirdi ki, bu dəfə Pərviz mütləq buraxılacaq”. Bu sözləri Turkustan.info saytına açıqlamasında  hazırda həbsdə olan jurnalist Pərviz Həşimlinin qardaşı Zamin Həşimov bildirib.


Z.Həşimov qeyd edib ki, MTN ətrafında baş verən hadisələrdən sonra Pərvizin azadlığa çıxacağına ümidləri daha da artıbmış: “Pərvizin siyasi məhbus olduğu, vicdan məhbusu olduğu MTN hadisələrindən sonra daha açıq ortaya çıxdı. Ancaq, onun adını əfv siyahısında görməyincə hamımız məyus olduq, xüsusilə də qızı”.

 Əmisinin bildirdiyinə görə 7 yaşlı Zeynəb Pərvizin əfv fərmanı ilə azadlığa buraxılıb evə gələcəyinə inandığından, atası üçün yolka bəzəyibmiş: “O çox gözləyirdi ki, bayram günlərində atası ilə birlikdə olacaq, Yeni ili birlikdə qarşılayacaq. Ancaq, evdə məlum olanda ki, Pərviz buraxılmayıb, Zeynəb ağlaya-ağlaya yolkasını sökdü. Bu bir uşaq üçün nə deməkdir, yəqin ki, təsəvvür etmək olar”.  

Z.Həşimov Pərvizin yaxın vaxtlarda azad ediləcəyinə yenə də inandıqlarını bildirib.

OXŞAR XƏBƏRLƏR

Bəzilərini ilk dəfə eşidəcəksiniz: Bir-birindən maraqlı məlumatlar

İnformasiyanın sərhədsiz olduğu bir dünyada hər gün tamamilə fərqli şeylər öyrənirik. Sfera.az demək olar ki, ağlınıza gələn hər mövzuda bir az daha maariflə...

UEFA Millətlər Liqası: İlk finalçı bəlli oldu

UEFA Millətlər Liqasında yarımfinal mərhələsinə start verilib.   Sfera.az xəbər verir ki, "Dördlər finalı"nın ilk matçında Almaniya mi...

Alça yedikdən sonra bunu edin - XƏBƏRDARLIQ

Alça yay mövsümünün ən məşhur meyvələrindən biridir. Mütəxəssislər alça yedikdən sonra nə etməli olduğuna dair məsləhətlər veriblər.   Sfera.az xəbər...

Həcc ziyarəti üçün Səudiyyə Ərəbistanına 1,5 milyondan çox zəvvar gəlib

Səudiyyə Ərəbistanına digər ölkələrdən Həcc ziyarətinə gələn zəvvarların sayı 1,5 milyonu keçib.   Sfera.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbis...

Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə işıq olmayacaq

Qaraçuxur qəsəbəsində təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq.   Sfera.az xəbər verir ki, bu barədə "Az...

FHN zəlzələ ilə bağlı məlumat yaydı: Dağıntı qeydə alınıb?

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə d...