Azərbaycanlı müğənni qəzaya düşdü - Prodüseri öldü - FOTOLAR+VİDEO

Azərbaycanlı müğənni qəzaya düşdü - Prodüseri öldü  - FOTOLAR+VİDEO

Dünən baş verən qəzada müğənninin prodüseri Kamran Əmirov ölüb.

Zəncirvari qəza zamanı “Lexus”, “BMW” və yük avtomobili toqquşub.

Hüquq-mühafizə orqanlarındakı mənbənin sözlərinə görə, Canmirzəyev avtomobilini saatda 100 km-dən yüksək sürətlə idarə edib.

Müğənninin özü kiçik zədə və qapalı kəllə-beyin travması alıb. Hazırda xəstəxanadan evə buraxılıb.

Qeyd edək ki, Elbrus Canmirzəyev əslən Azərbaycanlıdır. O, 1991-ci ildə Qaxda anadan olub, Rusiyada müğənni kimi fəaliyyət göstərir.