Ad günündə atəşə tutulan “Rosskosmos”un keçmiş rəhbərinin vəziyyəti ağırlaşdı

Ad günündə atəşə tutulan “Rosskosmos”un keçmiş rəhbərinin vəziyyəti ağırlaşdı

Dekabrın 21-də “Roskosmos”un keçmiş rəhbəri Dmitri Roqozin rus işğalı altındakı Donetskdə “Şeş-Beş” restoran-mehmanxana kompleksində ad gününü qeyd edərkən atəşə tutulub.
 

Sfera.az bildirir ki, bu barədə Rusiyanın “RİA Novosti” agentliyi siyasətçinin köməkçisinə istinadən məlumat yayıb.
 

KİV-in məlumatına görə, Roqozin sözügedən kompleksdə bir müddət bir qrup rusiyalı müşavirlə birlikdə yaşayıb. Atışma nəticəsində “Roskosmos” keçmiş rəhbəri yaralanıb.
 

“Roskosmos”un keçmiş rəhbəri ilə yanaşı, onu müşayiət edən daha bir neçə nəfər də yaralanıb. Roqozinin həyatı üçün heç bir təhlükə olmadığı da bildirilib.
 

Ekspertlər restoran və otel kompleksinə hücumun 155 millimetrlik Fransız Sezar özüyeriyən artilleriya qurğusundan həyata keçirildiyini ehtimal edirlər.
 

Rusiyanın bəzi KİV nümayəndələri və ekspertləri hücumun Ukrayna Silahlı Qüvvələri tərəfindən həyata keçirildiyini iddia edir. Bəzi Telegram kanalları hadisə yerində lentə alınan videonu yayıb. Xəbərlərdə “DXR” hökumətinin başçısı Vitali Xotsenkonun da yaralandığı, mühafizəçisinin isə öldürüldüyü bildirilib. Xatırladaq ki, 2022-ci ilin noyabrından Dmitri Roqozin qondarma “DXR” və “LPR” yaraqlılarını dəstəkləyən “Çarskie canavar” hərbi məsləhətçilər qrupuna rəhbərlik edir.
Bu gün Roqozinin hələ də Rostov-na-Donuda olduğu bildirilib.
 

Donetskdə atəşə tutulan siyasətçi əməliyyat üçün Rusiya paytaxtına göndərilməlidir. Lakin hələ də onu Rostov-na-Donudan çıxarmaq mümkün olmayıb.
 

Qeyd edildiyi kimi, rusiyalı siyasətçinin vəziyyəti ağırdır.
 

Dünən Roqozin Donetskdən Rostov-na-Donudakı hərbi hospitala aparılıb. Ancaq burada onu əməliyyat etməyiblər. Əks halda Roqozin bir həftə şəhərdə qalmalı olacaqdı.
 

Siyasətçi Rostov-na-Dona təxliyə edilən andan onun vəziyyəti pisləşməyə başlayıb.Lakin bununla belə, medianın yazdığına görə, Roqozin müstəqil şəkildə hərəkət edə bilir.
 

Qeyd edək ki, Roqozinin onurğasına mina parçası ilişib.

 

Aynil


OXŞAR XƏBƏRLƏR

Sirri açılmayan 5 itkin faktı: “Yeni Bermud üçbucağında" nələr baş verir?

Benninqton üçbucağı yerli sakinlər və tədqiqatçılar arasında narahatlıq yaratmağa davam edir. Sfera.az bildirir ki, Vermontda (ABŞ) "Benninqton üçbuca...

Ember Herdin əkizlərinin atası İlon Maskdır? - FOTO

Xəbər verdiyimiz kimi, Conni Deppin keçmiş həyat yoldaşı ana olduğunu açıqlayıb. Lakin o, əkizlərin atası haqqında heç nə deməyib.   Sfera.az bildirir ...

Argentinada 83 qutu nasist materialı tapıldı - FOTOLAR

Argentina Ali Məhkəməsinin zirzəmisində 83 qutu nasist materialı tapılıb. Onların məqsədi II Dünya Müharibəsi zamanı Argentinada Adolf Hitlerin ideologiyasını y...

“Metallica” qrupu Vircinyada zəlzələ törətdi - VİDEO

Amerikanın məşhur metal qrupu Metallica, Bleksburqdakı Virginia Tech's Lane Stadiumunda çıxışı zamanı sözün əsl mənasında yeri-yerindən silkələyib. Sfe...

Tapdıqları son dərəcə nadir, yuvarlaq yumurta ailəyə milyonlar qazandıracaq - FOTO

Britaniya sakini Coş Elkinqton və ailəsi toyuqları tərəfindən qoyulmuş mükəmməl yuvarlaq bir yumurta tapdıqda heyrətə gəliblər. Kişi bunun qeyri-adi forma olduğ...

Gözlənilməz miras: Təqaüdçü evinfə 18-ci əsrə aid xəzinə tapdı - FOTOLAR

Böyük Britaniyadan olan 79 yaşlı Maykl Hamson Brevud öz kəndində 18-ci əsrə aid evi miras alarkən tarixi xəzinənin sahibi olacağını ağlına belə gətirmirdi. Köhn...