Parisin mərkəzində atışma oldu - Ölənlər var/FOTO

Parisin mərkəzində atışma oldu - Ölənlər var/FOTO

Parisdə kürd mədəniyyət mərkəzinin yaxınlığında naməlum şəxs atəş açıb.

 

Polis artıq cinayət törətməkdə şübhəli bilinən yaşlı kişini həbs edib. Lakin onun ətrafdakıları hansı səbəbdən öldürdüyü və yaraladığı hələlik məlum deyil.

 

Sfera.az bildirir ki, bu gün-dekabrın 23-də Fransanın paytaxtında naməlum şəxs insanları öldürmək məqsədilə atəş açıb. 

 

Atışma Enghien küçəsindəki kürd mədəniyyət mərkəzinin yaxınlığında baş verib. Bu səmtdə əsasən kiçik mağazalar və kafelər var.

 

Hadisə şahidlərinin bildirdiyinə görə, yaşlı kişi səssizcə yoldan keçənlərə odlu silahla 7-8 dəfə atəş açıb. Hadisə yerinə dərhal silahlı polis bölmələri və təcili yardım maşınları gəlib.

 

Polisin ilkin məlumatına görə, iki nəfər ölüb, dörd nəfər yaralanıb.

 

Paris Şəhər Prokurorluğu da atışmada iki nəfərin öldüyünü təsdiqləyib.

 

Prokurorluq nümayəndələri onu da əlavə ediblər ki, hadisə ilə bağlı 69 yaşlı kişi saxlanılıb. O, artıq həbs edilib. Qətl, qəsdən adam öldürmə və şiddətli zorakılıq faktları ilə bağlı istintaq başladılıb.

 

Xatırladaq ki, 2021-ci ilin aprelində də naməlum şəxs Parisin mərkəzində atəş açmışdı. Hadisə zamanı bir nəfər ölüb.

 

Xanım


OXŞAR XƏBƏRLƏR

Bu ərazidə işıq olmayacaq

Sabunçu rayonunda yenidənqurma işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq.   Sfera.az xəbər verir ki, bununla bağlı &ldquo...

Sirri açılmayan 5 itkin faktı: “Yeni Bermud üçbucağında" nələr baş verir?

Benninqton üçbucağı yerli sakinlər və tədqiqatçılar arasında narahatlıq yaratmağa davam edir. Sfera.az bildirir ki, Vermontda (ABŞ) "Benninqton üçbuca...

Ember Herdin əkizlərinin atası İlon Maskdır? - FOTO

Xəbər verdiyimiz kimi, Conni Deppin keçmiş həyat yoldaşı ana olduğunu açıqlayıb. Lakin o, əkizlərin atası haqqında heç nə deməyib.   Sfera.az bildirir ...

Argentinada 83 qutu nasist materialı tapıldı - FOTOLAR

Argentina Ali Məhkəməsinin zirzəmisində 83 qutu nasist materialı tapılıb. Onların məqsədi II Dünya Müharibəsi zamanı Argentinada Adolf Hitlerin ideologiyasını y...

“Metallica” qrupu Vircinyada zəlzələ törətdi - VİDEO

Amerikanın məşhur metal qrupu Metallica, Bleksburqdakı Virginia Tech's Lane Stadiumunda çıxışı zamanı sözün əsl mənasında yeri-yerindən silkələyib. Sfe...

Tapdıqları son dərəcə nadir, yuvarlaq yumurta ailəyə milyonlar qazandıracaq - FOTO

Britaniya sakini Coş Elkinqton və ailəsi toyuqları tərəfindən qoyulmuş mükəmməl yuvarlaq bir yumurta tapdıqda heyrətə gəliblər. Kişi bunun qeyri-adi forma olduğ...