Ermənilər bu ölkəni "ən yaxın dost ölkə" ADLANDIRDI - Rusiya neçənci yerdədir?

Ermənilər bu ölkəni

Erməni sakinlər Fransanı Ermənistan üçün "ən yaxın dost ölkə" hesab edirlər.

 

Sfera.az “Kommersant”a istinadən xəbər verir ki, Ümumrusiya İctimai Rəyin Öyrənilməsi Mərkəzi və Avrasiya Monitorinq Assosiasiyasının sorğusuna əsasən, Ermənistanda respondentlərin 69%-i Fransanı "ən yaxın dost ölkə" adlandırıb.


Ermənistanın müsbət münasibəti baxımından Rusiya ikinci yerdədir (respondentlərin 52%-i). Siyahıda yalnız Moldova (40%) və Azərbaycanın (38%) sakinləri Rusiyaya daha az isti münasibət bəsləyirlər. Eyni zamanda, sorğuda iştirak edən ermənilərin 26%-i Rusiyanı dost olmayan dövlət hesab edir.

 

Sorğuda iştirak edən on ölkənin hamısının vətəndaşları Rusiyadan və digər ölkələrdən müxtəlif dərəcədə humanitar yardımın müəyyən növlərinə maraq göstəriblər.

 

Məlumatda qeyd olunub ki, Ermənistanda, eləcə də Moldova, Tacikistan və Cənubi Osetiyada xarici humanitar yardıma tələbat artıb. Maliyyə dəstəyinə ən çox Ermənistan və Moldova sakinləri maraq göstərir (hər biri 82 faiz).

 

Qeyd edək ki, tədqiqat avqust-noyabr aylarında on ölkədə aparılıb. Həmin ölkələr Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Tacikistan, Özbəkistan, Abxaziya və Cənubi Osetiyadir.

 

Əzizə Zeynal

 


OXŞAR XƏBƏRLƏR

"Yaşadığımız bina qəsdən yararsız hala salınır" - Səbaildən ŞİKAYƏT

Bakı şəhəri, Səbail rayonu, Mikayıl Hüseynov küçəsi, 14 ünvanında yerləşən, 9 mərtəbəli yaşayış binasının yararsız hala salınması üçün işlər getdiyi iddia olunu...

Azərbaycanda iş günləri 4-ə endirilir? - MÜHÜM YENİLİK

Azərbaycanda bəzi aylarda ard-arda qeyri-iş günlərinin olması müxtəlif aspektlərdən dəyərləndirilir. Bayram və istirahət günləri bir tərəfdən insanların dincəlm...

Leyla Quliyeva yüksək vəzifəyə TƏYİN OLUNDU

Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının tabeliyində fəaliyyət göstərən Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinə yeni di...

Türkiyədə 6 bal gücündə zəlzələ oldu

Türkiyənin Muğla vilayətinin Datça rayonu sahillərində yerli vaxtla saat 01:51-də 6 bal gücündə zəlzələ qeydə alınıb.   Sfera.az xəbər verir ki,...

Bu ərazidə işıq olmayacaq

Sabunçu rayonunda yenidənqurma işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq.   Sfera.az xəbər verir ki, bununla bağlı &ldquo...

Sirri açılmayan 5 itkin faktı: “Yeni Bermud üçbucağında" nələr baş verir?

Benninqton üçbucağı yerli sakinlər və tədqiqatçılar arasında narahatlıq yaratmağa davam edir. Sfera.az bildirir ki, Vermontda (ABŞ) "Benninqton üçbuca...