İranda mavi yanacaq böhranı: “Moskvadan kömək istəyəcəklər...”

İranda mavi yanacaq böhranı: “Moskvadan kömək istəyəcəklər...”

"ABŞ-ın Müharibə Araşdırmaları İnstitutunun məlumatına görə, İran qarşıdakı qış aylarında qaz çatışmazlığı ilə üzləşə bilər. Analitiklərin iddiasına görə, bu, daxildəki aksiyaları daha da alovlandıra bilər".

Sfera.az xəbər verir ki, bunu siyasi məsələlər üzrə ekspert Kənan Novruzov bildirib. O, İranın Moskvaya üz tutacağını qeyd edib:

 

"İnstitut, həmçinin İran hakimiyyətinin, o cümlədən Prezident İbrahim Rəisinin qazdan istifadəyə qənaətlə bağlı xəbərdarlıqlarına diqqət çəkib. Havalar soyuduqca İranda qaz çatışmazlığı ilə bağlı durum ciddi problemə çevrilə bilər. Bunun isə aksiyaların dinamikasına təsir edəcəyi şübhəsizdir. Çünki xalq tətbiq edilən sərt qaydalara görə onsuz da bezib. Qaz böhranı isə əhalinin rifahına mənfi təsir göstərməklə mitinqlərin motivini, etirazçıların tələblərini dəyişə, daha da radikallaşdıra bilər. İranda qaz böhranı yaxınlaşdıqca Tehranın kömək umacağı ilk ünvanlardan biri, şübhəsiz ki, Moskva olacaq. Hazırda İranla Rusiyanın durumu təxminən eynidir: ikisi də dünyadan təcrid olunub, müttəfiqlərinin sayı azalıb. Belə olan halda cənub qonşumuzun qaz tədarükü ilə bağlı alternativləri, əlbəttə, çox deyil".

 

K.Novruzov İranda vəziyyətin daha da gərginləşəcəyini sözlərinə əlavə edib:

 

"Üstəgəl, nəzərə almaq lazımdır ki, Ukraynadakı müharibə ilə əlaqədər Rusiya ilə İran arasında əməkaşlıq güclənib. İran Rusiyaya silah, o cümlədən “Şahed” PUA-ları verir. Tehran “Şahed”lərlə və təlimatçılarla Moskvaya çox  kömək olur. Bu isə o deməkdir ki, Rusiya da lazım gələndə İrana yardım etməlidir. Bu mənada yaxın gələcəkdə Rusiyadan İrana qaz ixracının artması tamamilə gözləniləndir. Ümumiyyətlə, həm İranda, həm də Rusiyada daxili durum kifayət qədər mürəkkəbdir. Hər iki dövlət sivil dünyadan təcrid olunur. Bu isə onları bir-birilərinə daha da yaxınlaşdırır. Dediyimiz kimi, ehtimal edilən qaz böhranı daxili qeyri-sabitliyi daha da artıracaq. Ümumiyyətlə, aksiyaçılar və aksiyaların arxasında duran qüvvələr məqsədlərinə çatmayanadək mitinqlər səngiməyəcək. Əksinə, hər ötən gün durum daha da gərginləşəcək".

 

 Əzizə


OXŞAR XƏBƏRLƏR

“TikTok” sabahdan bağlana bilər - XƏBƏRDARLIQ!

ABŞ Ali Məhkəməsinin verdiyi qərardan sonra Çin şirkəti yanvarın 19-da Amerika istifadəçiləri üçün “TikTok”u bağlamaq haqqında düşünür.  S...

İmişlidə yol qəzasında 2 uşaq öldü

İmişli rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.    DİN-in Mətbuat Xidmətindən Sfera.az-a bildirilib ki, xidmə...

Hökümənin ailəsindən oğurlanan pullar GERİ QAYTARILDI - SAXLANILANLAR VAR

Aktauda qəzaya uğrayan AZAL-a məxsus təyyarədə həlak olan Azərbaycanın Milli Qəhrəmanı Hökumə Əliyevanın atasının bank kartından pul vəsaitini oğurlamaqda şübhə...

Yanvarın 20-nə gözlənilən hava şəraiti açıqlandı

Yanvarın 20-də Bakıda və Abşeron yarımadasında müxtəlif saatlarda gözlənilən hava şəraiti açıqlanıb.   Sfera.az xəbər verir ki, bununla bağlı Milli H...

Təyyarə qəzasında həlak olan pilotun qızı “Azərbaycan” mahnısını oxudu - FOTOLAR

Bakı Kitab Mərkəzində 20 Yanvar faciəsinin 35-ci ildönümünə həsr olunmuş “20 Yanvar – Azadlığın Zirvə Günü” adlı tədbir keçirilib.   ...

Bu il Macarıstan və Azərbaycanda TDT-nin zirvə görüşləri keçiriləcək

Bu il Macarıstan və Azərbaycanda TDT-nin zirvə görüşləri keçiriləcək.   Sfera.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramo...