Rusiyanın qaz ixracı azaldı, milyardlarla dollar itirdi - STATİSTİKA
İqtisadiyyat
11:54 / 23.12.2022
6386
2022-ci ildə Rusiyada qaz hasilatı orta hesabla 20 faiz azalacaq. Ötən il 838 milyard kub metr qaz hasil edən Rusiyada bu il istehsal 167 milyard kub metr azalaraq 671 milyard kub metrə düşəcək.
Sfera.az xəbər verir ki, bu haqda məlumatı Rusiyanın baş nazirinin müavini Aleksandr Novak “Rossiya-24” kanalının efirində bildirib.
Novak deyib ki, hasil edilən qazın 201 milyard kub metri ixraca, qalanı daxili istehlaka yönəldiləcək.
Bu qədər qazın 394,1 milyard kub metrini “Qazprom” hasil edəcək. “Qazprom”un hasilatı 19,6 faiz azalacaq.
Novak vurğulayıb ki, qaz hasilatının azalmasının səbəbi Rusiyanın uzaq ölkələrə icracında 45 faizdən çox azalmadır.
Qeyd edək ki, azalan həcmin bazar dəyəri 80 milyard dollardan çoxdur.
Vasif