Rubl ucuzlaşmaqda davam edir - Ekspertlərin PROQNOZU

Rubl ucuzlaşmaqda davam edir - Ekspertlərin PROQNOZU

Rusiya rublunun xarici valyutalara nisbətən ucuzlaşması davam edir. 


Sfera.az xəbər verir ki, bu gün Moskva birjasında dollar 72 rubla, avro 76,85 rubla yüksəlib. 


Rublun məzənnəsində ucuzlaşma dekabrın əvvəlindən müşahidə olunur. Ayın əvvəlində bir dollar 60 rubl, bir avro 61 rubl idi. 


Rubl Azərbaycanda da ucuzlaşır. Bir ay əvvəl 100 rubl 2,8 manat olduğu halda, hazırda 2,4 manatdır. 


Qısa müddətdə rublun ucuzlaşmasının səbəbi Rusiyaya valyuta daxilolmalarının azalması, eyni zamanda ölkədən valyuta çıxışlarının artmasıdır. Digər tərəfdən Rusiyaya tətbiq edilən yeni sanksiyalar fonunda ölkənin neft və qazdan gəlirlərinin azalması cari əməliyyatlar profisitini kiçildir. 


Ekspertlər sadalanan səbəblərdən 2023-cü ildə rublun məzənnəsində sabitliyi qorumağın daha çətin olacağını proqnozlaşdırır. 


Vasif

 


OXŞAR XƏBƏRLƏR

Sirri açılmayan 5 itkin faktı: “Yeni Bermud üçbucağında" nələr baş verir?

Benninqton üçbucağı yerli sakinlər və tədqiqatçılar arasında narahatlıq yaratmağa davam edir. Sfera.az bildirir ki, Vermontda (ABŞ) "Benninqton üçbuca...

Ember Herdin əkizlərinin atası İlon Maskdır? - FOTO

Xəbər verdiyimiz kimi, Conni Deppin keçmiş həyat yoldaşı ana olduğunu açıqlayıb. Lakin o, əkizlərin atası haqqında heç nə deməyib.   Sfera.az bildirir ...

Argentinada 83 qutu nasist materialı tapıldı - FOTOLAR

Argentina Ali Məhkəməsinin zirzəmisində 83 qutu nasist materialı tapılıb. Onların məqsədi II Dünya Müharibəsi zamanı Argentinada Adolf Hitlerin ideologiyasını y...

“Metallica” qrupu Vircinyada zəlzələ törətdi - VİDEO

Amerikanın məşhur metal qrupu Metallica, Bleksburqdakı Virginia Tech's Lane Stadiumunda çıxışı zamanı sözün əsl mənasında yeri-yerindən silkələyib. Sfe...

Tapdıqları son dərəcə nadir, yuvarlaq yumurta ailəyə milyonlar qazandıracaq - FOTO

Britaniya sakini Coş Elkinqton və ailəsi toyuqları tərəfindən qoyulmuş mükəmməl yuvarlaq bir yumurta tapdıqda heyrətə gəliblər. Kişi bunun qeyri-adi forma olduğ...

Gözlənilməz miras: Təqaüdçü evinfə 18-ci əsrə aid xəzinə tapdı - FOTOLAR

Böyük Britaniyadan olan 79 yaşlı Maykl Hamson Brevud öz kəndində 18-ci əsrə aid evi miras alarkən tarixi xəzinənin sahibi olacağını ağlına belə gətirmirdi. Köhn...