Türkmənistan qazı Azərbaycandan keçməklə Avropaya satıla bilər – Türkiyə bu məsələnin müzakirəsinə başlayır 

Türkmənistan qazı Azərbaycandan keçməklə Avropaya satıla bilər – Türkiyə bu məsələnin müzakirəsinə başlayır 

Türkmənistanda istehsal edilən qazın Azərbaycandan keçməklə Avropaya ixrac edilməsi planlaşdırılır.

 

Sfera.az “Bloomberg”ə istinadən xəbər verir ki, Prezident Rəcəb Tayyib Ərdoğan gələn həftə Türkmənistan və Azərbaycan liderləri ilə türkmən qazının Türkiyə vasitəsilə Avropaya nəqli ideyasını müzakirə edəcək.

 

Məlumata görə türkmən qazının Xəzər dənizi ilə Azərbaycana, buradan Gürcüstana, sonra isə TANAP vasitəsilə Türkiyə üzərindən Avropaya nəqli ideyası irəli sürülüb.

 

Təklif olunan plan üzrə qazın təhvilinin nə vaxt həyata keçiriləcəyi və ya planın qısa müddətdə texniki cəhətdən mümkün olub-olmayacağı bəlli deyil.

 

Qeyd edək ki, indiyə qədər türkmən qazının Rusiyadan kənar marşrutlarla nəqli planları müzakirə edilsə də onları həyata keçirmək mümkün olmayıb. Lakin Ukraynanın işğalı və işğalın enerji bazarlarına mənfi təsiri əvvəllər mümkün olmayan müxtəlif enerji marşrutu ideyalarının canlanmasına şərait yaradır. Hazırda Türkiyə regionun qaz mərkəzinə çevrilməyə çalışır. Bu məqsədlə TANAP-ın ötürücülük qabiliyyətinin iki dəfə artırılaraq 32 milyard kubmetrə çatdırılması qərara alınıb.

 

Hazırda Avropada Türkmənistan qazına böyük ehtiyac var. Çünki Rusiya Avropa İttifaqına təbii qaz tədarükünü demək olar ki, kəsib və bu enerji qiymətlərində sıçrayışa səbəb olub. Belə bir vəziyyətdə Avropanın Azərbaycan və Türkmənistan qazına ehtiyacı xeyli artıb. Azərbaycandan fərqli olaraq Türkmənistan öz qazını Avropaya göndərə bilmir. Əgər Xəzər dənizi vasitəsilə nəqlin təmin edilməsi mümkün olarsa, Türkmənistan da böyük həcmdə qazını Azvropaya sata biləcək.

 

Vasif

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Ali Məhkəmənin sədri Qırğızıstanda səfərdə oldu

Qırğız Respublikası Ali Məhkəməsinin 100 illik yubileyi münasibətilə keçirilən tədbirlərdə iştirak etmək məqsədilə Ali Məhkəmənin sədri İnam Kərimov Bişkek şəhə...

Britaniyanın XİN rəhbəri Livanla bağlı təcili müşavirə KEÇİRDİ

Böyük Britaniyanın xarici işlər naziri David Lemmi bu gün COBRA (Cabinet Office Briefing Rooms) fövqəladə hökumət komitəsinin iclasını keçirib.   Sfe...

ABB-nin tərəfdaşlığı ilə “Startup World Cup” yarışması keçirildi!

Sentyabrın 19-da ADA Universitetində “Technovate-Sabah Mələk İnvestorlar Klubu” və “Pegasus Ventures” tərəfindən Azərbaycanda ilk dəfə s...

NATO Müdafiə Kollecində Azərbaycanla hərbi təhsil sahəsində əməkdaşlıq müzakirə olundu

Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev İtaliyaya rəsmi səfəri çərçivəsində Roma şəhər...

İlham Əliyev Qarabağ Universitetinin tələbə yataqxanasının AÇILIŞINDA - YENİLƏNDİ

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 20-də Xankəndi şəhərində Qarabağ Universitetinin tələbə yataqxanasının təmirdən sonra açılışında i...

Türkiyə XİN: "Dünyada yeni sistemin yaranması üçün Qərbi gözləməyə ehtiyac yoxdur"

Dünyada yeni sistemin yaranması üçün Qərbi gözləməyə ehtiyac yoxdur.   Sfera.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan ölkən...