Jurnalistdən tələbələrin "Tik-tok"çularla görüşünə SƏRT REAKSİYA

Jurnalistdən tələbələrin

"Təhsil sistemindəki nəzarətsizlik ölkənin milli dəyərlərinə, təhlükəsizlik konsepsiyasına ciddi və sarsıdıcı zərbələr vurmaqdadır. Dövlətin təhlükəsizliyi sərhədlərdən yox, ailədən başlayır".

Sfera.az xəbər verir ki, bunu jurnalist Samir Feyruzov bildirib. O, İqtisad Universitetində tələbələrlə "Tik-tok"çuların görüşünü qınayıb:

 

"Azərbaycan İqtisad Universitetində "tiktoker"lərlə tələbələrin görüşü keçirilib. Bu görüş ilk baxışdan sadə görünsə də, əslində cəmiyyətimizin düşdüyü affekt vəziyyətin göstəricisidir. Tələbələr həyatda uğur qazanmağın (karyera, pul) yollarını "tiktoker"lərdən öyrənməyə çalışıblar. Bu "tiktoker"lər gecədən səhərə qədər küçə jarqonları ilə danışmaqla pul qazanırlar. Azərbaycan gəncliyinin söyüşcül, təlxək "tiktoker"lərdən çıxış yollarını öyrənməsi bir nəticə kimi ortaya çıxıb. Bu mərhələyə necə gəlib çıxdıq? Hansı səbəblər bizi buna vadar etdi? Hər kəs kimi, öz taleyi ilə bağlı gənclərimizdə də dərin bir ümidsizlik var. Gənclər pul qazanmaq istəyirlər, amma görür ki, alim, müəllim pul qazana bilmir. Tələbələr gələcəkdə vəzifə tutmaq istəyirlər, amma baxırlar ki, vəzifəyə təyin olunmağın meyarları tamam başqadır. Pul, inkişaf şansı, vəzifə tutmaq imkanları "tiktoker"lər üçün daha əlçatandır".

 

Media nümayəndəsi gənclər üçün örnək götürüləsi şəxslərin yoxluğundan şikayətlənib. O, bu məsələdə televiziyanın da mənfi rolunun olduğunu deyib.

 

"Pis, çox pis nümunələrlə üz-üzə dayanmışıq. Uzun illər Azərbaycan televiziyaları artıq bu gün xalq artisti fəxri adını daşıyan cinsi oriyentasiyalı, ailəsiz və istedadsız müğənnilərin təbliğatını apardı. Cəmiyyət də onlardan nümunə götürdü, onlara oxşamağa başladı. Amma Fuad Poladov və bu qəbildən olan xarakterli, istedadlı insanlar efirlərimizdə olsaydı, cəmiyyət onlara oxşamağa başlayacaqdı... Olmadı!",- S.Feyruzov qeyd edib.

 

Məlumat üçün bildirək ki, sosial şəbəkələrdə yayılan videoda tiktokerlər Nicat Şakirli (Nikosayağı), Sabir Samiroğlu və Zaur İsgəndərovun İqtisad Universitetinin tələbələri ilə adıçəkilən təhsil müəssisəsində görüşdüyü əks olunub.

 

İnci


OXŞAR XƏBƏRLƏR

Britaniyanın XİN rəhbəri Livanla bağlı təcili müşavirə KEÇİRDİ

Böyük Britaniyanın xarici işlər naziri David Lemmi bu gün COBRA (Cabinet Office Briefing Rooms) fövqəladə hökumət komitəsinin iclasını keçirib.   Sfe...

ABB-nin tərəfdaşlığı ilə “Startup World Cup” yarışması keçirildi!

Sentyabrın 19-da ADA Universitetində “Technovate-Sabah Mələk İnvestorlar Klubu” və “Pegasus Ventures” tərəfindən Azərbaycanda ilk dəfə s...

NATO Müdafiə Kollecində Azərbaycanla hərbi təhsil sahəsində əməkdaşlıq müzakirə olundu

Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev İtaliyaya rəsmi səfəri çərçivəsində Roma şəhər...

İlham Əliyev Qarabağ Universitetinin tələbə yataqxanasının AÇILIŞINDA - YENİLƏNDİ

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 20-də Xankəndi şəhərində Qarabağ Universitetinin tələbə yataqxanasının təmirdən sonra açılışında i...

Türkiyə XİN: "Dünyada yeni sistemin yaranması üçün Qərbi gözləməyə ehtiyac yoxdur"

Dünyada yeni sistemin yaranması üçün Qərbi gözləməyə ehtiyac yoxdur.   Sfera.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan ölkən...

Türkiyədə sərnişin təyyarəsi uçuş-enmə zolağından ÇIXDI

Ankara-Yüksekova reysini həyata keçirən “AJet” Hava Yollarına məxsus sərnişin təyyarəsi Yüksekova Səlahəddin Əyyubi Hava Limanına endikdən sonra güc...