“Bu, universitet tələbələrinin ruh halının göstəricisidir” – Turan İbrahimov

“Bu, universitet tələbələrinin ruh halının göstəricisidir” – Turan İbrahimov

İqtisad Universitetində  tələbələrin “Tiktoker”lərlə görüş keçirməsi sosial mediada səs-küy yaradıb. Bununla bağlı fikirlər isə birmənalı deyil.

Sfera.az-ın məlumatına görə, mövzu ilə bağlı tanınmış aparıcı Turan İbrahimov deyib ki, dövrün qəhrəmanları “tik-tokçular”, meyxanaçılardır:

 

“Reallığı danmaq, aşağılamaq ağıllı hərəkət deyil. Əgər o insanlar bu gün kütləyə təsir edə və yaxşıca pul qazana bilirlərsə, deməli, orta statistik insanlardan üstündürlər. Hər birinin də özünəməxsus uğur hekayəsi var, çoxları üçün nümunədilər. Bəli, qəribə görünən onların universitet tələbələrinin önünə çıxmalarıdır. Mədəniyyət və İncəsənət Universitetinin də yox, məhz İqtisad Universitetinin... Bu isə tipik Azərbaycan reallığıdır, ölkədə universitet tələbələrinin ruh halının göstəricisidir”.

 

T.İbrahimov qeyd edib ki,  oradakı şəxslərin  əksəriyyəti sadəcə tələbə olmaq üçün o universitetdədir:

 

“Böyük əksəriyyətinin də gələcəkdə öz ixtisası üzrə iş tapa biləcəyinə qətiyyən inamı yoxdur. Ona görə də məlum “tik-tokçu”ların sadə yolla məşhurlaşması, pul-hörmət qazanması onlara başgicəlləndirici uğur kimi görünür. Haqsız da deyillər”.

 

Türkan


OXŞAR XƏBƏRLƏR

İsrail ordusu Beyruta zərbə endirdi

İsrail hərbçiləri Livanın paytaxtı Beyruta zərbə endirib.   Sfera.az TASS-a istinadən xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb...

Ali Məhkəmənin sədri Qırğızıstanda səfərdə oldu

Qırğız Respublikası Ali Məhkəməsinin 100 illik yubileyi münasibətilə keçirilən tədbirlərdə iştirak etmək məqsədilə Ali Məhkəmənin sədri İnam Kərimov Bişkek şəhə...

Britaniyanın XİN rəhbəri Livanla bağlı təcili müşavirə KEÇİRDİ

Böyük Britaniyanın xarici işlər naziri David Lemmi bu gün COBRA (Cabinet Office Briefing Rooms) fövqəladə hökumət komitəsinin iclasını keçirib.   Sfe...

ABB-nin tərəfdaşlığı ilə “Startup World Cup” yarışması keçirildi!

Sentyabrın 19-da ADA Universitetində “Technovate-Sabah Mələk İnvestorlar Klubu” və “Pegasus Ventures” tərəfindən Azərbaycanda ilk dəfə s...

NATO Müdafiə Kollecində Azərbaycanla hərbi təhsil sahəsində əməkdaşlıq müzakirə olundu

Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev İtaliyaya rəsmi səfəri çərçivəsində Roma şəhər...

İlham Əliyev Qarabağ Universitetinin tələbə yataqxanasının AÇILIŞINDA - YENİLƏNDİ

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 20-də Xankəndi şəhərində Qarabağ Universitetinin tələbə yataqxanasının təmirdən sonra açılışında i...