2022-ci ildə vəzifəsini itirənlərin SİYAHISI – Bu il kimlərə düşmədi?

2022-ci ildə vəzifəsini itirənlərin SİYAHISI – Bu il kimlərə düşmədi?

2022-ci il Azərbaycanda bir sıra vəzifəli şəxslər üçün düşərli olmayıb. Bəziləri yeni vəzifəyə təyin olunsa da, bir çoxları kresloları ilə vidalaşmalı olublar.

Sfera.az bu il vəzifəsini itirmiş şəxslərlə bağlı araşdırma aparıb. Həmin məlumatı təqdim edirik.

 

Bu ilin ən səs-küylü hadisələrindən biri Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevin vəzifəsindən azad edilməsi olub. Uzun müddətdir, fəaliyyət göstərdiyi qurumla bağlı narazılıqların davam etməsi Mehdiyevin vəzifəsini itirməsi ilə yekunlaşıb. Belə ki, onun rəhbərliyi dövründə Gömrük Komitəsində rüşvət və korrupsiya hallarının olması barədə iddialar mövcud olub. Səfər Mehdiyev həmçinin yerlipərəstlikdə və diskriminasiyada ittiham olunub.

 

Səfər Mehdiyev vəzifəsindən azad edildi

 

2022-ci ilin iyul ayında Dövlət Təhlükəsizliyi Xidməti DGK-də bir neçə dəfə əməliyyatlar aparıb. Əməliyyatlar nəticəsində Komitənin generalları, vəzifəli şəxsləri saxlanılıb. Bundan sonra 16 iyul 2022-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə o, Dövlət Gömrük Komitəsi sədri vəzifəsindən azad edilib.

 

Qeyd edək ki, Səfər Mehdiyev 2004-cü ildən 2006-cı ilin fevral ayına qədər Dövlət Gömrük Komitəsi sədrinin müavini, 2006-cı ilin fevral ayından sədrin birinci müavini vəzifəsində çalışıb. 23 aprel 2018-ci ildə isə Dövlət Gömrük Komitəsinə sədr təyin edilib.

 

Bu ilə vəzifəsini itirənlərdən biri də Rövnəq Abdullayev olub. O, Prezident İlham Əliyev sərəncamı ilə 2022-ci il fevralın 10-da Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti vəzifəsindən azad edilib.

 

Rövnəq Abdullayev niyə vəzifədən azad edildi? - BBC News Azərbaycanca

 

Lakin digər sərəncamla R. Abdullayev Azərbaycan Respublikası İqtisadiyyat nazirinin müavini təyin olunub. Qeyd edək ki, o, 2005-ci ildən SOCAR-ın prezidenti idi.

 

2022-ci ildə uzun müddətdir, fəaliyyət göstərdiyi qurumdan ayrılan şəxslərdən biri də Cavid Qurbanov olub. O, 24 may tarixində dövlət başçısının sərəncamı ilə  “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilib.

 

CAVİD QURBANOV VƏZİFƏDƏN ÇIXARILDI - Yeni təyinat

 

Digər sərəncamla Qurbanov Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini təyin olunub.

 

Xatırladaq ki, Qurbanov 2015-ci ildən “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsini icra edirdi.

 

2022-ci il Elnur Əli oğlu Əliyev üçün də düşərli olmayıb. Belə ki, noyabr ayında Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Nazirliyində əməliyyat keçirib. Nəticədə Mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev, Protokol Şöbəsinin rəisi Kamil Rzayev, Təchizat və Əmlak Şöbəsinin müdiri İlkin Nəsibov və digər vəzifəli şəxslər də istintaqa cəlb olunublar. 

 

Elnur Əliyev mədəniyyət nazirinin birinci müavini vəzifəsindən azad edildi

 

Daha sonra isə Elnur Əliyev Prezidentin sərəncamı ilə Azərbaycan Respublikası mədəniyyət nazirinin birinci müavini vəzifəsindən azad edilib. E.Əliyev 2021-ci ilin sentyabr ayından mədəniyyət nazirinin birinci müavini vəzifəsində çalışırdı.

 

Vəzifəsindən azad edilənlər arasında xanım icra başçısı da olub. Bu il Prezident İlham Əliyev İradə Akif qızı Gülməmmədovanın Abşeron Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb. O,  2015-ci ildən sözügedən icra qurumunun başçısı idi.

 

İradə Gülməmmədova icra başçısı vəzifəsindən çıxarıldı- Sərəncam

 

Bu il vəzifəsindən azad edilənlər sırasında ali təhsil ocaqlarının rəhbərləri də yer alıb. Belə ki,  Akif Şamil oğlu Süleymanov Azərbaycan Texnologiya Universitetinin rektoru vəzifəsindən azad edilib. O, 2013-cü ildən Azərbaycan Texnologiya Universitetinin rektoru vəzifəsində çalışırdı. İbrahim Həsən oğlu Cəfərov  isə Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) rektoru vəzifəsindən azad olunub.  İ.Cəfərov 2013-cü ildən ADAU-nun rektoru idi.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

Yol polisindən sürücülərə MÜHÜM ÇAĞIRIŞ - FOTO

Yol qəzalarının acı nəticələri ilə bağlı dəfələrlə edilən xəbərdarlıqlara, aparılan maarifləndirmə tədbirlərinə baxmayaraq, hələ də sürücülərin yorğun, yuxusuz ...

Baş nazirin I müavini MDB İqtisadi Şurasının iclasında iştirak etdi

Bu gün Baş nazirin I müavini Yaqub Eyyubov Rusiyanın paytaxtı Moskvada MDB İqtisadi Şurasının 103-cü iclasında iştirak edib.   Sfera.az-ın report-a i...

İnternetdə milyonluq dövriyyəsi olan şəbəkə ifşa edildi

Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi sosial şəbəkələrin Azərbaycan seqmentində onlayn qumar oyunları təşkil edən dəstənin üzvləri...

Avropa İttifaqı Gürcüstanla vizasız rejimin dayandırılmasını nəzərdən keçirə bilər

Avropa İttifaqı (Aİ) Gürcüstanla vizasız rejimin dayandırılmasını nəzərdən keçirə bilər.   Sfera.az xəbər verir ki, bu barədə Aİ-nin Gürcüstandakı sə...

Unibankdan daha bir yenilik - Müştərilərə Kredit həyat sığortası təklif olunur

Unibank müştərilərinin maliyyə təhlükəsizliyini təmin etmək üçün yeni məhsul təklif edir. Artıq kredit götürən müştərilər, kreditin ödəmə müddətində özlərini və...

Peycer nədir və necə partladıla bilər? - AÇIQLAMA

Son günlər peycer anlayışı aktual mövzulardan biri olub. İnsanların çoxu isə peycerin nə olduğundan məlumatsızdır.   Bəs peycer nədir və&n...