Makron gənclərə VƏD VERDİ: “Prezervativ pulsuz olacaq”

Makron gənclərə VƏD VERDİ: “Prezervativ pulsuz olacaq”

Fransada 18-25 yaşlı gənclər üçün prezervativ pulsuz olacaq.

Sfera.az bildirir ki, bu barədə məlumatı prezident Emmanuel Makron sosial şəbəkə hesabında paylaşıb. O qeyd edib ki, gənclər arasında cinsi yolla keçən xəstəliklər artır:

 

“Bunun qarşısını almaq üçün kiçik tədbirlər görməyə başlayırıq. Gənclər üçün pulsuz prezervativlər digər tədbirləri də əhatə edir. Məsələn, apteklərdə bütün qadınlar üçün pulsuz təcili kontrasepsiya (arzuolunmaz hamiləlikdən qorunma üsulları), 26 yaşdan aşağı şəxslər üçün HİV-dən başqa cinsi yolla ötürülən digər infeksiyalara reseptsiz pulsuz müayinə…”.

 

Makronun paylaşımı isə sosial mediada səs-küyə səbəb olub. Qərara reaksiya verən fransızların əksəriyyəti prezidentin fikirlərini məsxərəyə qoyublar. Bir çoxları qeyd edib ki, rəqəm 18-25 yaş arasında məhdudlaşmamalıdır. Bəziləri isə Makronun ölkəni pis duruma saldığını, bu cür qərarların faydasız olduğunu vurğulayıb.

 

Türkan


OXŞAR XƏBƏRLƏR