Rusiyadan NATO-ya ittiham: “Hərbi obyektlərimizə hücümlardan xəbərdar olublar”

Rusiyadan NATO-ya ittiham: “Hərbi obyektlərimizə hücümlardan xəbərdar olublar”

Ukraynanın Rusiya hərbi aerodromlarına hücumları ilə bağlı yeni iddia irəli sürülüb.

Sfera.az bildirir ki, sözügedən hücumlardan NATO-nun xəbərdar olduğu iddia edilir. “RİA Novosti”nin məlumatına görə, bunu Vyanada hərbi təhlükəsizlik və silahlara nəzarət üzrə danışıqlarda Rusiya nümayəndə heyətinin rəhbəri Konstantin Qavrilov deyib.

 

O xatırladıb ki, buna cavab olaraq Moskva Ukraynanın hərbi komandanlıq və idarəetmə sisteminə, müdafiə və enerji obyektlərinə kütləvi zərbələr endirib. Qavrilov qeyd edib ki, Ukrayna davamlı olaraq bu cür yollara əl atarsa, oxşar addımlar atılacaq.

 

Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyinin məlumatına görə,  Kiyev dekabrın 5-də saat 15:00 radələrində Ryazan və Saratov vilayətlərindəki Diaqilevo və Engels aerodromlarına hücum edib. Nəticədə 3 əsgər ölüb, daha 4 əsgər yaralanıb. Buna cavab olaraq RF Silahlı Qüvvələri Ukrayna hədəflərinə kütləvi zərbələr endirib. Nazirlikdən bildirilib ki, nəticədə 17 obyektin hamısını vurmaq mümkün olub.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

Növbəti iki gün güclü külək əsəcək - XƏBƏRDARLIQ

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib.   Sfera.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidməti mayın 14-dən 15-i gün...

Türk aktrisa Londonda mühüm tədbirdən qovuldu - FOTO

Türkiyə əsilli televiziya ulduzu Ekin-Su Cülcüloğlu Londonda keçirilən BAFTA televiziya mükafatlandırma mərasimindən sonra rəsmi şam yeməyinə gizlicə daxil olma...

Fahriye Evcen 11 il sonra bunu etdi - FOTO

Ekranlardan bir müddət uzaq qalan məşhur aktrisa Fahriye Evcen sosial mediada nostaljik bir paylaşım ilə diqqətləri üzərinə çədib.   Sfera.az xə...

Magistratura imtahanının nəticələri elan olundu

Dövlət İmtahan Mərkəzi ali təhsil müəssisələrinin magistraturalarına 11 may 2025-ci il tarixində keçirilmiş qəbul imtahanının qapalı və kodlaşdırıla bilən açıq ...

Quruculuq işləri ilə erməni vandallığının izləri də Qarabağdan silinir

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ümummilli Lider Heydər Əliyevin doğum gününü  gözəl Qarabağımızda qeyd etdilər. Bərpa-quruculuq iş...

Oğurluğa görə cəza sərtləşdirilir

Oğurluq, yəni özgənin əmlakını gizli olaraq talamaya görə cəza sərtləşdirilir, bu əmələ görə azadlıqdan məhrumetmə iki ildən üç ilə qaldırılır.   Sfe...