Turizm sahəsində qiymətlər dəyişə bilər - DTA rəsmisindən AÇIQLAMA

İqtisadiyyat
11:19 / 08.12.2022
7882
Ölkədə qiymətlərin turizm sayına təsiri var.
Sfera.az xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin Turizm Siyasəti və strategiyası şöbəsinin müdiri Məhəmməd Muradov Turizm Sammitində bildirib.
O, bu məsələ ilə əlaqədar təkliflərin verildiyini qeyd edib:
"Biz fəaliyyətimiz dövründə bu məsələni bütün çılpaqlığı ilə hökumətin gündəliyinə qoymuşuq.
Ümidvarıq yaxın zamanlarda bu istiqamətdə dəyişikliklər baş tutacaq. İqtisadiyyat Nazirliyi tərkibində olan İnvestisiya Holdinqi ilə də bu yöndə işlər görülür".
Əzizə Zeynal