İmişlidə avtoxuliqanlıq edənlər SAXLANILDI

İmişlidə avtoxuliqanlıq edənlər SAXLANILDI

İmişli Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları rayon ərazisində avtoxuliqanlıq hərəkətləri edərək ictimai asayişi nümayişkəranə şəkildə pozan və digər hərəkət iştirakçılarına ciddi təhlükə yaradan sürücüləri saxlayıblar.

 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, Cəbrayıl rayon sakini Nicat Məmmədov, İmişli rayon sakinləri Ravi Qarayev və Kənan Məhəmmədov idarə etdikləri “VAZ” və "Hyundai" markalı avtomobillərlə intizamsızlıq edərək yol hərəkəti qaydalarını kobud şəkildə pozub və həmin avtoxuliqanlıq hərəkətlərini "Tik-Tok" sosial şəbəkəsində paylaşıblar.

 

Həmin şəxslər İmişli RPŞ-nin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb və barələrində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün İmişli rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə N.Məmmədov və R.Qarayev 500 manat məbləğində cərimə edilməklə 1 il müddətinə sürücülük hüququndan məhrum ediliblər, K.Məhəmmədov isə 15 sutka inzibati qaydada həbs edilib və 1 il müddətinə sürücülük hüququndan məhrum edilib.


OXŞAR XƏBƏRLƏR

Bakıda uşaq meydançasından uşaq oğurlanıb? - VİDEO

Sosial şəbəkədə Yasamal rayonu ərazisində uşaq meydançasından uşaq oğurlamağa cəhd edilməsi ilə bağlı iddialar yayılıb.   Sfera.az xəbər verir k...

Özgəsinin sənədi ilə sərhədimizdən keçmək istədi...

Özgəsinə məxsus sənədlə dövlət sərhədindən keçməyə cəhd göstərən şəxs saxlanılıb.   Sfera.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin ...

Mayda ən yüksək temperatur bu rayonda QEYDƏ ALINIB

2025-ci ilin may ayında Bakı və Abşeron yarımadasında havanın temperaturu iqlim norması ilə müqayisədə 26 gün normadan yuxarı (0.2-6 dərəcə) olub. Bu barəd...

Qəbiristanlıqda 14 yaşlı qıza əxlaqsızlıq edənə- 4 il 3 ay həbs!

Yetkinlik yaşına çatmayan qıza qarşı əxlaqsız hərəkətlər edən şəxs cinayət məsuliyyətinə cəlb edilib.     Sfera.az xəbər verir ki, ...

"Kapital Bank" Qarabağ Universitetinin tələbələri üçün təqaüd proqramına start verdi

2 iyun 2025-ci il tarixində Xankəndi şəhərində yerləşən Qarabağ Universitetində “Qarabağ Təhsil və Tərəfdaşlıq Forumu” keçirilib. “Gələcəyin Q...

Meyxanaçı Ağamirzə Kərimin son vəziyyəti açıqlandı

"Mən Kərimdə olan avazı bu günə qədər heç bir meyxanaçıda görməmişəm".   Sfera.az xəbər verir ki, bunu "Afaqla 10lar" verilişində...