Bakının yağışlı bir günündən FOTOREPORTAJ

Bakıda bu gün hava şəraiti dəyişib.
Sfera.az bildirir ki, səhər saatlarında havanın tutqun olmasından sonra yağış yağmağa başlayıb. Yağışın hazırda aramsız yağmağı müşahidə edilir. Əməkdaşımızın “yağışlı paytaxt”dan hazırladığı reportajı təqdim edirik.
Qeyd edək ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz arabir güclənən cənub küləyi ilə əvəz olunacaq. Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, havanın temperaturu gecə 13-15° isti, gündüz 18-22° isti, Bakıda gecə 13-15° isti, gündüz 20-22° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 772 mm civə sütunundan 762 mm civə sütununa enəcək. Nisbi rütubət 65-75 % olacaq. Azərbaycanın rayonlarında oktyabrın 18-dən 19-na keçən gecə bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.
Səhər tədricən kəsiləcək, gündüz əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 13-17° isti, gündüz 20-25° isti, dağlarda gecə 3-6° isti, gündüz 7-12° isti olacaq.
Fotolar: Anar Bayramlı