Əflatun Amaşov “Xalq qəzeti”nə baş redaktor təyin olunacaq? – Özü danışdı

Cəmiyyət
13:19 / 21.09.2022
15938
"Xalq qəzeti"nin baş redaktoru Həsən Həsənov vəzifəsindən azad olunub.
O, açıqlamasında informasiyanı təsdiqləyərək “hələlik yeni təyinat yoxdur, hər şey günortadan sonra bilinəcək”, deyə söyləyib.
Sosial şəbəkələrdə və media camiəsində isə sözügedən vəzifəyə Mətbuat Şurasının sədri Əflatun Amaşovun təyin ediləcəyi ilə bağlı iddialar səsləndirilir. Belə ki, sözügedən postun məhz Əflatun Amaşov üçün boşaldıldığı bildirilir.
Məsələni dəqiqləşdirmək üçün Sfera.az-ın əməkdaşı Amaşovla əlaqə saxlayıb. O, saytımıza açıqlamasında yayılan informasiyalardan xəbərsiz olduğunu deyib: “Başım çox qarışıqdır. İki gündən sonra keçiriləcək qurultaya hazırlaşırıq. Bu barədə xəbərsizəm”.
Türkan