Qəzaya düşən Acun Ilıcalı əməliyyat olunacaq

Qəzaya düşən Acun Ilıcalı əməliyyat olunacaq

Ötən gün qəzaya düşən tanınmış türkiyəli aparıcı, TV8 telekanalının sahibi Acun Ilıcalının son durumu açıqlanıb.

 

Sfera.az bildirir ki, qolunun sındığını deyilən məşhur prodüserlə bağlı "Hall City" klubu rəsmi məlumat yayıb.

 

Qeyd olunub ki, aparıcı bu gün əməliyyat olunacaq.

 

“Qəzada qolu sınan rəhbərimiz Acun Ilıcalı çərşənbə axşamı əməliyyat olunacaq. Ona tezliklə şəfa diləyirik", deyə məlumatda bildirilib.

 

Xatırladaq ki, Acun Ilıcalı və qızı Banu Ilıcalı ötən gecə motosiklet qəzası keçirib. Onun qarşı tərəfdən gələn avtomobillə toqquşduğu bildirilib.

 

Türkan,

Sfera.az


OXŞAR XƏBƏRLƏR