ABŞ merinin evində çürümüş cəsədlər tapıldı - FOTO

Dünya
13:48 / 20.09.2022
9846
ABŞ-da uzun müddət Rod-Aylend əyalətinin meri olmuş Syuzan Menardın evində iki cəsəd tapılıb.
Sfera.az bildirir ki, cəsədlərin qoca və yaşlı qadına məxsus olduğu müəyyən olunub.
Tapılan cəsədlərin Menarda aid olub-olmadığı hələlik bəlli deyil. Polisin verdiyi məlumata görə, cəsədlərdə yüksək dərəcədə çürümə aşkarlanıb və hazırda məsələ araşdırılır. Səlahiyyətlilər kriminal vəziyyətin olmadığını da bildiriblər. Cəsədlərin neçə müddətdir orada olması ilə bağlı araşdırmalar davam edir.
Qeyd edək ki, Menard 10 ildən çox bələdiyyə başçısı vəzifəsində çalışıb. O, 1995-ci ildə başladığı vəzifəsini 2009-cu ildə tərk edib. Menard şəhər tarixində ən uzun müddət vəzifədə olan mer kimi tarixə düşüb.
Türkan,
Sfera.az