Xarici valyutaya tələb zəifdir - Mərkəzi Bank bu vəziyyətdən "faydalanır"

Xarici valyutaya tələb zəifdir - Mərkəzi Bank bu vəziyyətdən

Son 4 ayda Azərbaycan Mərkəzi Bankının xarici valyutada olan ehtiyatlarında davamlı artım müşahidə edilir. 


Sfera.az xəbər verir ki, aprelin sonunda 7,088 milyard dollar olan valyuta ehtiyatlarının həcmi sentyabrın 1-də 7,504 milyard dollara çatıb. Dörd ay ərzində Mərkəzi Bank ehtiyatlarını 416 milyon dollara (5,9 faiz) yaxın artırıb.


Qısa müddətdə valyuta ehtiyatlarının belə sürətlə artmasının əsas səbəbi daxili bazarda xarici valyutaya, xüsusən də dollara tələbin zəifləməsidir. 


Son hərraclarda dollara olan tələb dollar təklifindən az olduğundan Mərkəzi Bank vəsaitin bir hissəsini özü alıb, əvəzində dövriyyəyə manat buraxıb. Buna görə də, son 4 ayda Mərkəzi Bankın ehtiyatlarında sürətli artım müşahidə edilib. 


Keçirilən valyuta hərraclarında Dövlət Neft Fondunun (Fond) xarici valyutada olan vəsaitləri satılır. Həmin vəsaitlər manata dəyişdirilərək dövlət büdcəsinə köçürülür.

İndiyə qədər keçirilən valyuta hərraclarında 3,392 milyard dollar vəsait satılıb. Amma büdcə layihəsinə əsasən, indiyə qədər Fond 4,547 milyard dollar satmalı idi.

Məhz tələbin zəif olması satışların həcminin nəzərdə tutulandan 1,155 milyard dollar az olmasına səbəb olub. 


İlin sonuna kimi Fond daha 3,43 milyard dollar və ya hər ay orta hesabla 857 milyon dollar satmalıdır. Mövcud tələb nəzərə alınarsa, bunu gerçəkləşdirmək mümkün olmayacaq və Mərkəzi Bank həmin vəsaitin bir hissəsini almağa məcbur qalacaq. Mərkəzi Bankın alışyönlü müdaxiləsi nəticə etibarilə xarici valyuta ehtiyatlarının daha çox artmasına səbəb olacaq. 


Vasif,
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Sirri açılmayan 5 itkin faktı: “Yeni Bermud üçbucağında" nələr baş verir?

Benninqton üçbucağı yerli sakinlər və tədqiqatçılar arasında narahatlıq yaratmağa davam edir. Sfera.az bildirir ki, Vermontda (ABŞ) "Benninqton üçbuca...

Ember Herdin əkizlərinin atası İlon Maskdır? - FOTO

Xəbər verdiyimiz kimi, Conni Deppin keçmiş həyat yoldaşı ana olduğunu açıqlayıb. Lakin o, əkizlərin atası haqqında heç nə deməyib.   Sfera.az bildirir ...

Argentinada 83 qutu nasist materialı tapıldı - FOTOLAR

Argentina Ali Məhkəməsinin zirzəmisində 83 qutu nasist materialı tapılıb. Onların məqsədi II Dünya Müharibəsi zamanı Argentinada Adolf Hitlerin ideologiyasını y...

“Metallica” qrupu Vircinyada zəlzələ törətdi - VİDEO

Amerikanın məşhur metal qrupu Metallica, Bleksburqdakı Virginia Tech's Lane Stadiumunda çıxışı zamanı sözün əsl mənasında yeri-yerindən silkələyib. Sfe...

Tapdıqları son dərəcə nadir, yuvarlaq yumurta ailəyə milyonlar qazandıracaq - FOTO

Britaniya sakini Coş Elkinqton və ailəsi toyuqları tərəfindən qoyulmuş mükəmməl yuvarlaq bir yumurta tapdıqda heyrətə gəliblər. Kişi bunun qeyri-adi forma olduğ...

Gözlənilməz miras: Təqaüdçü evinfə 18-ci əsrə aid xəzinə tapdı - FOTOLAR

Böyük Britaniyadan olan 79 yaşlı Maykl Hamson Brevud öz kəndində 18-ci əsrə aid evi miras alarkən tarixi xəzinənin sahibi olacağını ağlına belə gətirmirdi. Köhn...