Boris Consonun son çıxışı: “Məndən bu qədər, millət” - VİDEO

Boris Consonun son çıxışı: “Məndən bu qədər, millət” - VİDEO

Boris Conson baş nazir kimi son çıxışını edərək xalqla vidalaşıb.

 

Sfera.az bildirir ki, o, bu gün səhər Dauninq-stritdəki Baş nazirin iqamətgahı qarşısında çıxış edib.  

 

Conson sözlərinə, “Məndən bu qədər, millət” deyərək başlayıb. Hökumətinin uğurlarından danışan keçmiş baş nazir yeni Mühafizəkarlar Partiyası hökumətinin çətinlikləri, xüsusilə, enerji böhranını aradan qaldıracağını bildirib. O həmçinin, Liz Trassı dəstəklədiyini də deyib. Boris partiyasını Liz Trassın arxasında birləşməyə çağırıb.

 

Qeyd edək ki, dünən hakim Mühafizəkarlar Partiyasının yeni lideri seçilən xarici işlər naziri Liz Trass Boris Consonun istefa ərizəsini Kraliça II Yelizavetaya bu gün təqdim etməsindən sonra Böyük Britaniyanın yeni baş naziri təyin ediləcək. Trassın kabineti ilə bağlı məlumatı günün sonunda elan edəcəyi gözlənilir. O, Marqaret Tetçer və Tereza Meydən sonra Britaniyanın üçüncü qadın baş naziri olacaq.

 

 

Türkan,

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Sirri açılmayan 5 itkin faktı: “Yeni Bermud üçbucağında" nələr baş verir?

Benninqton üçbucağı yerli sakinlər və tədqiqatçılar arasında narahatlıq yaratmağa davam edir. Sfera.az bildirir ki, Vermontda (ABŞ) "Benninqton üçbuca...

Ember Herdin əkizlərinin atası İlon Maskdır? - FOTO

Xəbər verdiyimiz kimi, Conni Deppin keçmiş həyat yoldaşı ana olduğunu açıqlayıb. Lakin o, əkizlərin atası haqqında heç nə deməyib.   Sfera.az bildirir ...

Argentinada 83 qutu nasist materialı tapıldı - FOTOLAR

Argentina Ali Məhkəməsinin zirzəmisində 83 qutu nasist materialı tapılıb. Onların məqsədi II Dünya Müharibəsi zamanı Argentinada Adolf Hitlerin ideologiyasını y...

“Metallica” qrupu Vircinyada zəlzələ törətdi - VİDEO

Amerikanın məşhur metal qrupu Metallica, Bleksburqdakı Virginia Tech's Lane Stadiumunda çıxışı zamanı sözün əsl mənasında yeri-yerindən silkələyib. Sfe...

Tapdıqları son dərəcə nadir, yuvarlaq yumurta ailəyə milyonlar qazandıracaq - FOTO

Britaniya sakini Coş Elkinqton və ailəsi toyuqları tərəfindən qoyulmuş mükəmməl yuvarlaq bir yumurta tapdıqda heyrətə gəliblər. Kişi bunun qeyri-adi forma olduğ...

Gözlənilməz miras: Təqaüdçü evinfə 18-ci əsrə aid xəzinə tapdı - FOTOLAR

Böyük Britaniyadan olan 79 yaşlı Maykl Hamson Brevud öz kəndində 18-ci əsrə aid evi miras alarkən tarixi xəzinənin sahibi olacağını ağlına belə gətirmirdi. Köhn...