“Gələcəkdə “Taliban” Rusiya üçün daha böyük təhlükələr yaradacaq” - Açıqlama

“Gələcəkdə “Taliban” Rusiya üçün daha böyük təhlükələr yaradacaq” - Açıqlama

Təxminən bir ildir Əfqanıstanda “Taliban” rejimi hakimiyyətdədir. Ölkədə yeni hakimiyyət qurulandan sonra bir çox ekspert düşünürdü ki, bu, ən çox Çin, İran və Rusiya üçün arzuolunmazdır. Həmin analitiklərin fikrinə görə, Qərb istənilən vaxt “Taliban” kartından onlara qarşı istifadə edə bilər.

Digər tərəfdən, dünən Əfqanıstanın paytaxtı Kabildə partlayış baş verib. Hadisə Rusiya səfirliyinin yaxınlığında olub. Məlumata görə, təxminən 20 adam ölüb. Onlardan ikisi Rusiya səfirliyinin əməkdaşıdır. İndiyədək Kabildə xeyli partlayış olsa da, Rusiya səfirliyinin hədəf alınması ilk dəfədir.

 

Baş verən bu hadisə fonunda həmin vaxtın çatdığını demək olarmı?

 

Bununla bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Kənan Novruzov deyib ki, diplomatların ölməsi faktı ərazinin təsadüfən seçilmədiyini və terrorun məqsədli şəkildə baş verməsi ehtimalını artırır:

 

“Son vaxtlar Qərblə Kreml arasında münasibətlər daha da gərginləşməkdədir. Bunu bir sıra regionlarda, o cümlədən Şərqi Avropada və Cənubi Qafqazda baş verən hadisələrdə hiss etmək mümkündür. Rusiyanın müqaviməti ABŞ başda olmaqla bir sıra Qərb dövlətlərinin məqsədinin reallaşmasına mane olur. İstisna deyil ki, Qərb Kabildə baş vermiş partlayışla Rusiyaya xəbərdarlıq etmək istəyib. Əlbəttə, Əfqanıstanda partlayışların baş verməsi rəsmi Moskva üçün o qədər də qorxulu deyil. Amma dünənki hadisə onu göstərir ki, səfirliyə hücumlar təkrarlana bilər. Həmçinin “Taliban”ın gələcəkdə Rusiya üçün daha böyük təhlükələr yaratması, sərhəddə gərginliyin baş verməsi və s. mümkündür”.

 

Müsahibimiz bildirib ki, Kabildəki partlayışda birbaşa Qərbi günahlandırmaq çətindir:

 

“Ən azından ona görə ki, əvvəllər də dəfələrlə oxşar hadisələr baş verib. Yəni ABŞ və müttəfiqləri asanlıqla ittihamı rədd edə bilərlər. Hətta Kremlin Qərbi ittiham etməsi əlavə gərginliyə səbəb ola bilər. Hərçənd Moskvada da başa düşürlər ki, Qərbin bu işdə əlinin olması ehtimalı böyükdür. Beləliklə, müxtəlif təzyiq mexanizmləri, o cümlədən “Taliban” vasitəsilə Qərbin Kremlə təzyiqlərinin artacağı gözləniləndir”.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

Sirri açılmayan 5 itkin faktı: “Yeni Bermud üçbucağında" nələr baş verir?

Benninqton üçbucağı yerli sakinlər və tədqiqatçılar arasında narahatlıq yaratmağa davam edir. Sfera.az bildirir ki, Vermontda (ABŞ) "Benninqton üçbuca...

Ember Herdin əkizlərinin atası İlon Maskdır? - FOTO

Xəbər verdiyimiz kimi, Conni Deppin keçmiş həyat yoldaşı ana olduğunu açıqlayıb. Lakin o, əkizlərin atası haqqında heç nə deməyib.   Sfera.az bildirir ...

Argentinada 83 qutu nasist materialı tapıldı - FOTOLAR

Argentina Ali Məhkəməsinin zirzəmisində 83 qutu nasist materialı tapılıb. Onların məqsədi II Dünya Müharibəsi zamanı Argentinada Adolf Hitlerin ideologiyasını y...

“Metallica” qrupu Vircinyada zəlzələ törətdi - VİDEO

Amerikanın məşhur metal qrupu Metallica, Bleksburqdakı Virginia Tech's Lane Stadiumunda çıxışı zamanı sözün əsl mənasında yeri-yerindən silkələyib. Sfe...

Tapdıqları son dərəcə nadir, yuvarlaq yumurta ailəyə milyonlar qazandıracaq - FOTO

Britaniya sakini Coş Elkinqton və ailəsi toyuqları tərəfindən qoyulmuş mükəmməl yuvarlaq bir yumurta tapdıqda heyrətə gəliblər. Kişi bunun qeyri-adi forma olduğ...

Gözlənilməz miras: Təqaüdçü evinfə 18-ci əsrə aid xəzinə tapdı - FOTOLAR

Böyük Britaniyadan olan 79 yaşlı Maykl Hamson Brevud öz kəndində 18-ci əsrə aid evi miras alarkən tarixi xəzinənin sahibi olacağını ağlına belə gətirmirdi. Köhn...